İQTİSADİYYAT


Vergilər Nazirliyinin Çağrı Mərkəzi tərəfindən fevralda 30 mindən çox zəng cavablandırılıb

Bakı, 20 mart, AZƏRTAC

Fevral ayında Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları tərəfindən canlı rabitə zamanı daxil olan 30 min 610 zəng cavablandırılıb.

AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, vergiödəyicilərinin məlumatlandırılması məqsədilə onlara 400839 SMS, ikitərəfli mesaj xidmətinin istifadəçilərinə isə 71082 SMS göndərilib.

Fevral ayı ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 432761 daxilolma qeydə alınıb. Vergiödəyicilərinə xidmət strukturlarında 65815 vətəndaş qəbul edilib və onlara 109365 xidmət göstərilib.

Cari ilin martın 1-nə vergiödəyicilərinə, ümumilikdə, 266141 sayda “ASAN İmza” sertifikatı verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.