İQTİSADİYYAT


Vergilər Nazirliyinin Tədris Mərkəzinin bazasında Regional Tədris Akademiyası yaradılacaq

A+ A

Bakı, 24 avqust, AZƏRTAC 

Vergilər Nazirliyi əməkdaşlarının peşə hazırlığı prosesində elektron təhsil (e-learning) sisteminin tətbiq edilməsi məqsədilə oktyabrın 7-də “Vergi sahəsində kadr hazırlığı: problemlər və perspektivlər” mövzusunda “dəyirmi masa” keçirilməsi nəzərdə tutulur.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Vergi sisteminin inkişafı üzrə 2013-2020-ci illər üçün Strateji Plan”da əsas istiqamətlərdən biri də Tədris Mərkəzinin bazasında Regional Tədris Akademiyasının yaradılmasıdır.

Həmçinin vergi siyasətinin təkmilləşdirilməsi ilə əlaqədar qəbul edilmiş yeniliklər üzrə innovativ təlimlərin təşkili (“Tax free” sisteminin tətbiqi, risklərin idarə edilməsi, e-audit sisteminin tətbiqi və s.), infrastrukturun yenilənməsi və digər istiqamətlərdə tədbirlərin keçirilməsi də planlaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.