CƏMİYYƏT
Vergilər Nazirliyinin kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
Bakı, 11 fevral, AZƏRTAC
Fevralın 11-i Vergilər Nazirliyinin yaradılmasının 16-cı ildönümü və vergi xidməti əməkdaşlarının peşə bayramıdır.
AZƏRTAC xəbər verir ki, Vergilər Nazirliyinin kollektivi fevralın 11-də Fəxri Xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə gül dəstələri qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər güllər düzülüb.
Sonra Şəhidlər Xiyabanına gələn nazirliyin kollektivi ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər çiçəklər düzüblər. “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.