REGİONLAR


Vergilər naziri Füzulidə vətəndaşları qəbul edəcək

A+ A

Bakı, 20 sentyabr, AZƏRTAC

Prezident İlham Əliyevin tövsiyələrinə uyğun olaraq, sentyabrın 23-də vergilər naziri Fazil Məmmədov Füzuli rayonunda Muğam mərkəzində Füzuli, Ağcabədi, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən bildirilib.

Qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaq.

Füzuli, Ağcabədi, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşlar Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi, 8 saylı Ərazi Vergilər İdarəsi (əlaqələndirici şəxs: Qarayev Mahir Qaraxan oğlu, əlaqə telefonu (02122-5-25-52), mobil (050-330-77-55) və Füzuli Rayon Vergilər Şöbəsi (əlaqələndirici şəxs: Əliyev Əlövsət Məqsəd oğlu, əlaqə telefonu: (02631-5-54-54), mobil (050-332-70-26) vasitəsilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.