REGİONLAR


Vergilər naziri Göygöldə vətəndaşları qəbul edəcək

A+ A

Bakı, 8 noyabr, AZƏRTAC

Prezident İlham Əliyevin tövsiyələrinə uyğun olaraq, noyabrın 11-də vergilər naziri Fazil Məmmədov Göygöl rayonunda yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Göygöl şəhəri, Heydər Əliyev Parkı, Hummel küçəsi, 3) Göygöl, Gəncə, Samux, Goranboy və Daşkəsən rayonlarından olan vətəndaşları qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaq.

Göygöl, Gəncə, Samux, Goranboy və Daşkəsən rayonlarından olan vətəndaşlar Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi, 12 saylı Ərazi Vergilər Departamenti İsayev Zülfüqar Məhərrəm oğlu, əlaqə telefonu (022-2664361), mobil (050-254-39-48), Yeni Gəncə Vergi Ödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Süleymanov Elçin Məmməd oğlu, əlaqə telefonu: mobil (050-254-39-58) və Goranboy rayonu Vergi Ödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Hüseynov Şəhriyar Fikrət oğlu, əlaqə telefonu: mobil (050-254-39-60) vasitəsilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.