REGİONLAR
Vergilər naziri Saatlıda vətəndaşları qəbul edəcək
Bakı, 18 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyələrinə uyğun olaraq, aprelin 21-də vergilər naziri Fazil Məmmədov Saatlı rayonunda yerləşən Vergiödəyicilərinə Xidmət Mərkəzində (ünvan: Q.Qarayev, 5) Şirvan şəhərindən, Saatlı, Sabirabad, Hacıqabul və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edəcək.
AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi və vergiödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaq.
Məlumata əsasən, Şirvan şəhərindən, Saatlı, Sabirabad, Hacıqabul, Cəbrayıl rayonlarından olan vətəndaşlar 5 saylı Ərazi Vergilər İdarəsi (əlaqələndirici şəxs: Quliyev Babək Bahadur oğlu, əlaqə telefonu (021-216-19-79), mobil (050-254-46-33), Saatlı Vergiödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Həsənov Füzuli Müzəffər oğlu, əlaqə telefonu: (021-285-29-99), mobil (055-340-32-25), Sabirabad Vergiödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Niftaliyev Bəşir Qədir oğlu, əlaqə telefonu: (021-235-93-21), mobil (050-254-46-32), Hacıqabul Vergiödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Həsənov Mehtixan Oruc oğlu, əlaqə telefonu: (021-204-35-83), mobil (050-254-37-44), Cəbrayıl rayon Vergilər Şöbəsi (Biləsuvar rayonu, 8 saylı qəsəbə) - (əlaqələndirici şəxs: Əzizov Qüdrət Qürbət oğlu, əlaqə telefonu: mobil (050-385-54-34) vasitəsilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.