REGİONLAR


Vergilər naziri Siyəzəndə vətəndaşların müraciətlərini dinləyib VİDEO

A+ A

Siyəzən, 25 noyabr, Elxan Yusifli, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdığı problemlərin həllinə kömək göstərirlər.

AZƏRTAC xəbər verir ki, növbəti belə qəbul noyabrın 25-də vergilər naziri Fazil Məmmədov tərəfindən Siyəzən şəhərində keçirilib. Qəbulda Sumqayıt şəhəri, Abşeron, Siyəzən, Xızı və Şabran rayonlarından olan vətəndaşların müraciətləri dinlənilib.

Qəbul zamanı vətəndaşların əsasən Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər, vergilərin hesablanması, ödənilməsi, əmək müqavilələrinin bağlanması, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, əməkhaqqı fondundan ödənilən icbari ödənişlər, vergiödəyicilərinə göstərilən xidmətlər, vergi orqanlarına işə qəbul, yerli (bələdiyyə) vergilərin toplanması prosesində rast gəlinən müxtəlif çətinliklər və digər məsələlərlə bağlı müraciətlərinə baxılıb.

Qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub. Müraciətlərin bir qismi nəzarətə götürülüb, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Qəbula gələn vətəndaşlar onlar üçün yaradılmış bu imkandan razılıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.