SİYASƏT


“Vesti nedeli” proqramında “Müasir Azərbaycan: parlaq, heyrətamiz və innovasiyalı” adlı süjet göstərilib VİDEO

A+ A

Moskva, 24 oktyabr, AZƏRTAC

“Rossiya 1” kanalının “Vesti nedeli” proqramında Azərbaycanın müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş “Müasir Azərbaycan: parlaq, heyrətamiz və innovasiyalı” adlı süjet göstərilib.

Verilişin aparıcısı Dmitri Kiselyov bildirib ki, ötən həftə Azərbaycan müstəqilliyinin bərpasının 25 illiyini qeyd edib. Bu ərəfədə Prezident İlham Əliyevin “Sputnik” agentliyinə müsahibə verdiyini deyən aparıcı Azərbaycan liderinin öz ölkəsi haqqında qürur və əminliklə danışdığını vurğulayıb. Süjetdə Azərbaycan Prezidenti İlham Əliyevin müsahibəsindən fraqment nümayiş etdirilib.

Kanalın müxbiri Dmitri Kaystronun Azərbaycandan hazırladığı süjetdə Heydər Əliyev adına Dərin Özüllər zavodu, “Şimal-Cənub” nəqliyyat dəhlizi, Azərbaycanda ilk telekommunikasiya peykinin buraxılması, “ASAN xidmət” mərkəzləri barədə söhbət açılıb. Süjetdə, həmçinin ölkəmizdə rus dilində təhsilə qayğıdan, Azərbaycanın son zamanlar silsilə mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsindən, respublikamıza turist axınının, xüsusilə Rusiyadan gələn turistlərin sayının artmasından da danışılıb.

Süjetin müəllifi qeyd edib ki, Azərbaycan hazırda İslam Həmrəylik Oyunlarını keçirməyə hazırlaşır. İdman və gənclər naziri Azad Rəhimov ölkəmizin son illər idman sahəsində, AFFA-nın baş katibi Elxan Məmmədov isə futbolda qazanılan uğurlar barədə məlumat veriblər. “Azərbaycan ildən-ilə sürətlə dəyişir. Min illərlə sivilizasiya tarixi olan bu torpaqda yüksək texnologiyalar qədim ənənələrlə yanaşı yaşayır”, - deyə müəllif süjetə yekun vurub.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.