MƏDƏNİYYƏT
“Vətən buradan başlayır” mövzusunda sərgi-müsabiqənin yekun sərgisi
Bakı, 2 may, AZƏRTAC
Mayın 6-da Xətai Sənət Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Rəsm Qalereyası və Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş “Vətən buradan başlayir” mövzusunda sərgi-müsabiqənin yekun sərgisi keçiriləcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqədə təsviri sənətin bütün nominasiyaları üzrə 300-dən çox rəssam 1000-dək işi ilə iştirak edib. İlkin seçimlərdə 70-dək əsər sərgi-müsabiqədə iştirak etmək hüququ qazanıb.
Qaliblər müsabiqənin ikinci turunda izləyicilər tərəfindən seçiləcək. Belə ki, izləyiciyə sərginin girişində təqdim olunan uduşlu bilet həm ona uduş qazanmaq, həm də ən çox bəyəndiyi əsəri müsabiqənin qalibi etmək imkanı yaradacaq. Sərgiyə gələn hər kəs uduşlu bir səs kuponuna sahib olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.04.2024 [12:03]
“Ümid nəğməsi” tamaşasının premyerası olub VİDEO
- 20.04.2024 [10:56]
Mədəniyyət naziri Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarı ilə görüşüb
- 20.04.2024 [10:43]
Nəsibə Zeynalovanın anadan olmasının 108-ci ildönümü tamam olur
- 20.04.2024 [00:32]
Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub
- 19.04.2024 [22:41]
Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub
- 19.04.2024 [21:42]
Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir
- 19.04.2024 [20:37]