CƏMİYYƏT


“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi könüllüləri təcrübə üçün Avropaya göndərə biləcək

A+ A

Bakı, 16 iyul, AZƏRTAC

“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi “Avropa Könüllülük Xidməti”nin 2016-2019-cu illər üzrə akkreditasiyasından uğurla keçib. Avropanın ən böyük könüllülük şəbəkəsinin akkreditasiyası quruma Avropa ölkələrinə gənclərin göndərilməsini, könüllülük təcrübəsi qazanmalarını təmin etməyə imkan verəcək.

Birlikdən AZƏRTAC-a bildiriblər ki, təşkilat tərəfindən seçilən könüllülər Avropa könüllülük proqramı çərçivəsində müxtəlif təlimlərdə, işçi qruplarda iştirak edəcəklər. Gənclər ölkəmizi təmsil etməklə yanaşı, fərqli mədəniyyətlərlə tanış olmaq, yeni biliklərə yiyələnmək, könüllülük təcrübələrini təkmilləşdirmək şansı qazanacaqlar. Sonda könüllülər “Youthpass” sertifikatı ilə təltif olunacaqlar.

Qeyd edək ki, “Avropa Könüllülük Xidməti” 2013-cü ildə Avropa İttifaqı tərəfindən qəbul edilmiş “Erasmus+” Proqramının əsas istiqamətlərindən biridir. “Avropa Könüllülük Xidməti” 18-30 yaşlı gənclərin Avropa ölkələrində 2 həftədən 12 aya qədər müddətdə müxtəlif layihələrdə könüllü olaraq təcrübə qazanmaları məqsədilə həyata keçirilir. Proqramda iştirak etmək üçün hər bir təşkilat “Avropa Könüllülük Xidməti”nin akkreditasiyasından keçməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.