Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Vətəndaş təəssübkeşliyi və alim cəsarətinin örnəkləri

Vətəndaş təəssübkeşliyi və alim cəsarətinin örnəkləri

Tanınmış alim-tədqiqatçı, publisist Teymur Əhmədovun seçilmiş əsərlərinin tam külliyyatı beş cilddə nəşr olunub

Bakı, 25 may, Abdulla Suvar, AZƏRTAC

Filologiya elmləri doktoru, professor Teymur Əhmədovun “NURLAR” nəşriyyat-poliqrafiya mərkəzində nəfis tərtibatla beş cilddə çap olunmuş “Seçilmiş əsərlər”i onun yaradıcılığının bütün dövrlərini əhatə edir.

AZƏRTAC xəbər verir ki, indiyədək alimin 40-dək monoqrafiya və müxtəlif səpkili kitabları, yüzlərlə elmi-kütləvi, publisistik yazıları, otuz adda elmi-ədəbi, ictimai-siyasi nəşrləri oxuculara təqdim edilib. Elmi kadrların hazırlanmasında, monoqrafik tədqiqatların elmi redaktəsində Teymur Əhmədovun əməyi səmərəliliyi və məhsuldarlığı ilə seçilir. Təsadüfi deyil ki, o, respublikamızın tanınmış elm, ədəbiyyat xadimləri tərəfindən “yorulmaz tədqiqatçı”, “cəsarətli publisist”, “iztirablı-bəhrəli ömür sahibi”, “iki əsrin salnaməçisi”, “ruhən təmiz adam” kimi səciyyələndirilir.

Yenicə çapdan çıxmış “Seçilmiş əsərlər”in birinci cildi Nəriman Nərimanovun həyat və yaradıcılığına həsr edilib. Teymur Əhmədovun Bakı, Moskva, Sankt-Peterburq, Həştərxan, Tbilisi şəhərlərinin kitabxana və arxivlərindən əldə etdiyi yeni materiallar, faktlar əsasında hazırladığı “Nəriman Nərimanovun dramaturgiyası” adlı namizədlik dissertasiyası onun aspirantura illərində apardığı gərgin elmi axtarışlarının bəhrəsidir. Monoqrafiya hələ 1966-cı ildə görkəmli elm xadimləri, akademiklər tərəfindən yüksək qiymətləndirilib. Professor Teymur Əhmədov ictimai-siyasi xadim Nəriman Nərimanovu millətimizə qaytaran, tanıdan, nəsillərdən-nəsillərə yaddaşlara hopduran fikir sahibidir. Cəsarətlə demək olar ki, birinci cilddə yer alan “Nəriman Nərimanov: həyatı, mühiti, ədəbi yaradıcılığı” və “Nəriman Nərimanovun dramaturgiyası” sərlövhəli yazılar nəinki bugünkü tədqiqatçılar, eləcə də gələcək araşdırıcılar üçün ən mötəbər mənbələrdən olacaq.

İmperiya ideoloqlarının Nəriman Nərimanovu “millətçi”, “antibolşevik” kimi qələmə verərək onun xalqın milli şüurunun oyanışındakı xidmətlərini ictimai-siyasi fikir tariximizdən silib atmağa çalışıldıqları bir dövrdə Teymur Əhmədovun “Nəriman Nərimanovun dramaturgiyası”, “Nəriman Nərimanov”, “Nəriman Nərimanovun yaradıcılıq yolu” adlı monoqrafiyaları əsl alim cəsarətinin, ziyalılıq əxlaqının, vətəndaşlıq təəssübkeşliyinin ən yaxşı örnəkləri olub.

Nəşrin ikinci cildini ədəbi-bədii fikir tariximizə yeni nəzər kimi də dəyərləndirmək olar. Bu cilddə Abbasqulu ağa Bakıxanov, İsmayıl bəy Qutqaşınlı, Mirzə Şəfi Vazeh, Mirzə Ələkbər Sabir, həmçinin Qılman İlkin, Zəlimxan Yaqub və daha neçə-neçə görkəmli söz xiridarlarının yaradıcılığı bir daha zamanın süzgəcdən keçirilərək təhlil edilib.

Bu cilddə, həmçinin İranda yazıb-yaradan şairlərimizin, söz sərraflarının yaradıcılığı tədqiqata cəlb olunub. Cənubi Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Əndəlib Qaracadaği, Mirzə Əbdürrəhim Talıbov, Mirzə Əli Möcüz, Şəhriyar, Hökümə Bülluri, Həbib Sahir və Aşıq Hüseyn Cavanın ömür yoluna, yaradıcılığına işıq salan, onları bir daha Azərbaycan oxucusuna yaxından tanıdan bu yazıların hər birində Teymur Əhmədovun mövzuya həssas münasibəti özünü ilk baxışda büruzə verir. Bunun başlıca səbəbi yəqin ki, Teymur müəllimin Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinə rəhbərlik etməsi ilə bağlıdır. Görünür, uzun illər bir yerdə işlədiyi, xatirəsini daim əziz tutduğu Mirzə İbrahimovdan sonra bu şöbəni öz elmi rəhbərinin adına layiq qoruyub saxlamaq və inkişaf etdirmək üçün vaxtaşırı cənub mövzusuna müraciət etməyi özünə mənəvi borc bilir.

Yaradıcılığının böyük bir hissəsini Nəriman Nərimanov irsinin tədqiqinə həsr edən Teymur Əhmədovun seçilmiş əsərlərinin üçüncü cildində yenidən bu böyük siyasi xadim və mütəfəkkirin yaradıcılıq yoluna işıq salınır. Müəllif Nəriman Nərimanovun dramaturgiyası ilə yanaşı, publisistikası, ictimai-siyasi və ədəbi fəaliyyəti, ədəbi-tənqidi görüşləri barədə söz açır.

Bütün bunlar bir daha göstərir ki, alimin elmi araşdırmalarının əsas sahələrindən birini, bəlkə də şah damarını N.Nərimanovun həyat və fəaliyyətinin tədqiqi təşkil edir. Görkəmli ədibin çoxşaxəli fəaliyyətinə konseptual baxış məhz Teymur Əhmədovun adı ilə bağlıdır. O, N.Nərimanovun həm tərcümeyi-halının, həm ədəbi yaradıcılığının, həm də ictimai-siyasi fəaliyyətinin, demək olar ki, bütün məqamlarını elmi-tarixi planda dəyərləndirmək üçün mümkün vasitələrdən, o cümlədən kitabxana, arxiv materialları, xatirələr və digər mənbələrdən istifadə edib. Həmin vaxtadək elmi təhlilə cəlb olunmayan yeni-yeni məlumatları üzə çıxarıb, nərimanovşünaslığın elmi və material bazasını yaradıb, yeniliklər, eyni zamanda, ziddiyyətlərlə səciyyələnən bir şəxsiyyətin ictimai-siyasi mühitdə yerini müəyyənləşdirməyə çalışıb. T.Əhmədovun monoqrafiyalarında və digər yazılarında N.Nərimanovun portreti həm görkəmli ədib, maarifçi, alovlu vətənpərvər, həm də böyük ictimai-siyasi xadim kimi tamamlanıb. Açıq desək, Nəriman Nərimanovu Teymur Əhmədov kimi obyektiv dəyərləndirən, bu işə az qala bütün ömrünü sərf edən ikinci tədqiqatçı-alim yoxdur.

Kitabın dördüncü cildini vərəqlədikcə göz önündə müstəqillik illərində demokratik mətbuatımızın inkişafına təkan verən, “Əkinçi” ənənələrinə sadiqlik nümayiş etdirən, məqsədi, məramı bütövlükdə xalqa xidmət olan, onun üçün çalışan, çarpışan bir peşəkar qələm adamının obrazı canlanır. Teymur Əhmədovun çoxşaxəli fəaliyyətində həyat və yaradıcılığına dönə-dönə müraciət etdiyi Əli bəy Hüseynzadə, Mirzə Cəlil Məmmədquluzadə, Üzeyir bəy Hacıbəyli kimi düşüncə korifeylərinin dəst-xətti, düşüncə tərzi özünü göstərir.

Teymur müəllimin mətbuatımızın inkişafı sahəsində xidmətləri həqiqətən də təqdirəlayiqdir. Bunu “Ata yurdu”, “Vətən səsi”, “Vətən həsrəti”, “Yeni fikir”, “Hikmət” qəzetlərinin baş redaktoru, “Elturan” jurnalının məsul redaktoru kimi gördüyü işlər əyani surətdə təsdiqləyir. O, hazırda “Respublika” qəzetinin və “Füyuzat” jurnalının baş redaktoru kimi fəaliyyətini davam etdirir.

Teymur Əhmədovun baş redaktoru olduğu “Vətən səsi” qəzeti məhz zamanın tələblərinə, cəmiyyətin ümdə ehtiyaclarına cavab verdiyinə görə onun nəşrə başlaması mətbuat tariximizdə unudulmaz hadisə kimi qalıb. Qəzet ölkəmiz üçün çətin dövrdə, xalqımızın təcavüz və xəyanətlə üzləşdiyi, milli varlığımıza qəsd edildiyi bir vaxtda cəsarətlə mübarizəyə qoşuldu, dövrünün digər milli ruhlu mətbuat orqanları ilə bir sırada azadlıq və milli birlik naminə çarpışdı. 1990-cı il aprelin 18-də “Azərbaycanın birliyi və suverenliyi” devizi ilə fəaliyyətə başlayan “Vətən səsi” qəzeti milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının havadarına, sözün əsl mənasında Vətənin səsinə çevrildi. Milli-demokratik mətbuatın mütərəqqi ənənələrinə arxalanmaqla sələflərinə layiqli varis ola bildi. Bu qəzet xalqı azadlıq uğrunda mübarizəyə səsləyir, tariximizin şanlı səhifələrini, xüsusilə bütün türk və islam dünyasında ilk xalq cümhuriyyəti dövrünün qürur doğuran ibrətamiz səhifələrinə işıq salır, demokratik fikrin tribunası rolunu oynayırdı.

Teymur Əhmədovun publisistikası yaxın keçmişimizin ağır sınaqlarından sıyrılaraq, Vətənin və xalqın taleyində baş verən təlatümlü dövrün burulğanında haqsızlığa, özbaşınalığa, çəkişmələrə qarşı cəsarətlə mübarizə aparıb. Eyni zamanda, milli oyanış dövründə yaratdığı və redaktoru olduğu mətbu nəşrlərlə demokratik mətbuatın təşəkkülü və inkişafına öz töhfəsini verib. O, milli mətbuatımızda tarixi ənənələrin yaşadılmasında, bu ənənələrin işığında mətbuatımızın müasir ruhlu alovlu tribunaya çevrilməsində əvəzsiz xidmətlər göstərib. XX əsrin əvvəllərində ictimai-siyasi, ideoloji, ədəbi estetik fikir tariximizdə bütöv bir mərhələ təşkil edən “Füyuzat” jurnalının 100 illik fasilədən sonra məhz Teymur Əhmədovun redaktorluğu ilə yenidən nəşrə başlaması da tarixi hadisə kimi dəyərləndirilməlidir.

Teymur müəllim uşaqlıq çağlarından erməni xəyanətkarlığı nəticəsində baş verən faciələrin canlı şahidi olub. Gördüklərinə və tarixi sənədlərə, faktlara söykənərək çoxsaylı məqalələr qələmə alıb, üzdəniraq qonşuların bəd niyyətlərini, işğalçılıq siyasətini ifşa edib, tariximizlə bağlı həqiqətlərin üzə çıxarılması istiqamətində axtarışlarını, tədqiqatlarını genişləndirib. Gərgin zəhmət hesabına əldə etdiyi tarixi faktlarla soyqırımı hadisələrinin mərkəzində olan erməni siyasətinin, Daşnaksütyun partiyasının hiylə və məkrlərini, tutarlı faktlar və dəlillərlə açıb göstərib. Onun bu cilddə yer alan “Erməni xəyanəti və ya Andranik Ozanyanın qanlı əməlləri” və “Erməni xəyanəti 1918-1920” sərlövhəli yazılarında Vətən, yurd sevgisi, vətəndaş mövqeyi qabarıq nəzərə çarpır. Dağlıq Qarabağla bağlı bütün siyasi proseslərin içərisində olan Teymur Əhmədovun erməni separatizmini və onun havadarlarını ifşa edən irili-xırdalı yazıları onun ictimai-siyasi həyatdakı fəallığının, vətəndaş-ziyalı mövqeyinin göstəricilərindən biridir.

Sonuncu cilddəki “Ömrün üç zirvəsi: alim, redaktor, şəxsiyyət” yazısı Teymur Əhmədovu vətənpərvər ziyalı, fədakar alim və gözəl publisist kimi xarakterizə edir. Bu cilddə yer alan “Mənim həyatım” sərlövhəli yazısı bir insanın, yəni müəllifin ömür yolundan bəhs etsə də, ümumilikdə ibrətamiz həyat dərsi təsiri bağışlayır, oxucuda yaşamaq və layiqli vətəndaş kimi yetişmək üçün lazımi keyfiyyətlər aşılayır. Deyərdim ki, bu yazıda təkcə Teymur müəllimin deyil, əslində həyatını elinə-obasına bağlayan, Vətən torpağından güc alan neçə-neçə vətənpərvər ziyalının ömür yolunun ümumiləşdirilmiş obrazı əks olunub. Bu cilddə, həmçinin Teymur müəllim jurnalist, alim olmaqdan daha çox özünü yazıçı- publisist kimi təqdim edir. İnamla demək olar ki, səmimi hisslərdən yoğurulmuş bu hekayə və oçerklərin hər biri olduqca təsirlidir. Burada, həmçinin müəllifin ssenariləri, məqalələri, ədəbi qeydləri yer alıb. “Verdibasarın qanlı-qadalı günləri (1918-1919-cu illər)” tarixi povestində xalqımızın başına gətirilən müsibətlərə biganə qala bilməyən vətənpərvər ziyalının qələmə aldığı tarixin unudulmayan dəhşətləri əksini tapıb.

“Seçilmiş əsərlər”i vərəqlədikcə Teymur Əhmədovun milli mətbuatımızdakı tarixi ənənələrin yaşadılması, bu ənənələrin işığında mətbuatımızın müasir ruhlu tribunaya çevrilməsində əvəzsiz xidmətlərinin şahidi olursan. Beşcildliyə yazılmış “Ön söz” əvəzi yazılar Teymur müəllimi daha yaxından tanımağa bələdçilik edir. Bu yazıların müəllifləri akademiklər Budaq Budaqov, Cəmil Quliyev, professor Xeyrulla Məmmədov, filologiya üzrə fəlsəfə doktorları Allahşükür Qurbanov, Elçin Cabbarov və Şəfəq Nasirdir.

Bir sözlə, “Seçilmiş əsərlər” oxucunu Teymur Əhmədov publisistikasının dərinliyinə aparır, öz cazibəsinə salır. Burada toplanan elmi əsərlər, povest, hekayə və oçerklər, ssenarilər, məqalələr və ədəbi qeydlər müəllifin çoxşaxəli yaradıcılığından, məhsuldar fəaliyyətindən, çox gərəkli elmi tədqiqatlarından xəbər verir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb