İQTİSADİYYAT


Vətəndaşlar “ASAN Kommunal”ın xidmətlərindən sifarişli əsaslarla səyyar formada yararlana bilərlər VİDEO

Bakı, 25 iyul, AZƏRTAC

Artıq vətəndaşlar “ASAN Kommunal” mərkəzlərində “Azəriqaz" İB, "Azərişıq" ASC, “Azərsu” ASC tərəfindən göstərilən xidmətlərdən evlərində və ya iş yerlərində sifarişli əsaslarla səyyar formada yararlana biləcəklər. Xidmətlərin sifarişi isə 9-108 nömrəli “Çağrı mərkəzi” vasitəsilə mümkündür.

“ASAN xidmət”dən AZƏRTAC-a bildirilib ki, səyyar xidmətlər dedikdə qanunla müəyyən edilmiş qaydada əlavə ödəniş aparılmaqla şəxsin iş və ya yaşayış yerini, habelə olduğu yeri tərk etmədən xidmətlərdən yararlanması nəzərdə tutulur. Yəni, xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədlər və xidmətin nəticəsi olaraq şəxsə verilməli olan sənədlər onun yaşayış və ya iş yerində, habelə olduğu yerdə təhvil götürülə və təhvil verilə bilər.

Qeyd edək ki, sosial həmrəyliyin təmin edilməsi məqsədilə səyyar xidmətlər kənardan qulluğa və yardıma ehtiyacı olan 1-ci qrup əlillər (tibbi-sosial ekspertiza komissiyasının arayışında göstərilməklə) və sağlamlıq imkanları məhdud uşaqlar (Nazirlər Kabinetinin 2009-cü il 21 aprel tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına” əsasən) üçün əlavə səyyar xidmət haqqı ödənilmədən həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.