REGİONLAR


Vətəndaşlar qanunda nəzərdə tutulan hüquq və vəzifələri barədə məlumatlandırılırlar

A+ A

Tərtər, 19 avqust, AZƏRTAC

“Gənc Politoloqlar Mərkəzi” Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun regionlarda təbliği” layihəsi çərçivəsində Tərtər rayon Gənclər Mərkəzində tədbir keçirib.

AZƏRTAC xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Tunarə Məmmədzadə tədbirdə çıxış edərək, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun regionlarda təbliği” layihəsinin əhəmiyyətindən və rayonda bu sahədə görülən işlərdən danışıb.

“Gənc Politoloqlar Mərkəzi”nin sədri İlkin Əliyev və hüquqşünas-təlimçi Lamiyə Məmmədova çıxışlarında layihə haqqında məlumat veriblər. Bildirilib ki, layihənin keçirilməsində əsas məqsəd “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununu regionlarda təbliğ etməklə vətəndaşları qanunda nəzərdə tutulan hüquq və vəzifələri haqqında məlumatlandırmaq və yerli idarəetmədə şəffaflıq və qanunçuluq prinsiplərinə dəstək olmaq üçün vətəndaşların rolunu gücləndirməkdir.

Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidentinin tapşırığı və tövsiyəsi ilə hazırlanmış yeni Qanuna müasir dövrün tələblərinə və beynəlxalq hüququn normalarına uyğun olaraq bir çox yeni müddəalar əlavə edilib. Təkmilləşdirilmiş qanun cəmiyyətin sürətli inkişafı nəticəsində formalaşmış yeni münasibətləri əks etdirir, vətəndaşlara daha yüksək qayğını təmin edir, müraciətlərə baxılması və onlara cavab verilməsi üçün daha konkret müddətlər müəyyənləşdirir.

Mövzu ilə bağlı Tərtər Rayon Polis şöbəsinin rəis-müavini İlqar Fərəcov, Tərtər Rayon Prokurorunun köməkçisi Rəşid Bayramovun fikirləri dinlənilib.

Sonda tədbir iştirakçılarına maarifləndirici materiallar paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.