Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bakı şəhər 4 saylı “ASAN xidmət” mərkəzi istifadəyə verilmişdir
Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak etmişdir VİDEO

Bakı, 7 may (AZƏRTAC). Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bakı şəhər 4 saylı “ASAN xidmət” mərkəzinin açılışı olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak etmişdir.

Dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində son illərdə əhəmiyyətli işlər görülmüş, müvafiq hüquqi baza formalaşdırılmışdır. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilmişdir. Bu xidmətlər bürokratik əngəlləri və mümkün korrupsiya hallarını aradan qaldırır. 2012-ci il iyulun 13-də bu sahədə daha mühüm islahata imza atıldı. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzləri yaradıldı. Bu qurumun yaradılmasında məqsəd vətəndaşlara birbaşa xidmət göstərəcək “ASAN xidmət” mərkəzlərinin vahid şəkildə idarə edilməsi idi. Buraya xidmət mərkəzlərində fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının işinin əlaqələndirilməsi, nəzarət və qiymətləndirmənin aparılması, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsi və bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi daxildir.

2012-ci il dekabrın 29-da pilot layihə olaraq Bakıda 1 saylı “ASAN xidmət” mərkəzi fəaliyyətə başladı. 2013-cü ilin mayında Sumqayıtda “ASAN xidmət” sakinlərin istifadəsinə verildi. Daha sonra 2  və 3 saylı Bakı “ASAN xidmət” mərkəzləri, o cümlədən Gəncədə “ASAN xidmət” mərkəzi açıldı. Hər 5 mərkəzə daxil olan müraciətlər arasında şəxsiyyət vəsiqələrinin alınması və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, notariat fəaliyyəti, eləcə də miqrasiya və əmlak məsələləri ilə bağlı olanlar üstünlük təşkil etmişdir. Əgər əvvəllər “ASAN xidmət” mərkəzlərində 23 hüquqi xidmət həyata keçirilirdisə, indi 10 dövlət orqanı tərəfindən 30 növ xidmət göstərilir. Eyni zamanda, mərkəzlərdə 28 növ funksional yardımçı xidmətlər təşkil edilmişdir. Bütün bunlar dövlət qulluqçusu - vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasında Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi beynəlxalq əlaqələrə də üstünlük verir. Bu ilin fevralında Avropa Parlamentində “İnnovasiya və Mobil İmza-Avropa ilə yeni rəqəmsal inteqrasiya vasitəsi kimi” mövzusunda keçirilən konfransda “ASAN xidmət”in fəaliyyəti ilə bağlı təqdimat olmuşdur. Bu faktın özü bir daha təsdiqləyir ki, Azərbaycan brendi olan “ASAN xidmət”ə dünyada böyük maraq vardır və o, öz ətrafında kifayət qədər diqqət toplaya bilmişdir. Təsadüfi deyildir ki, bir sıra dövlətlərin rəsmiləri ölkəmizə gələrək “ASAN xidmət”lərin fəaliyyəti ilə yaxından tanış olurlar.

Artıq Sabunçu rayonunun Bakıxanov qəsəbəsində, Sülh küçəsi 8A ünvanında yerləşən Bakı şəhər 4 saylı “ASAN xidmət” mərkəzi də fəaliyyətə başlayır. Bu mərkəz Sabunçu, Xəzər və Pirallahı rayonlarının ərazisində qeydiyyatda olan 408 min vətəndaşa xidmət göstərəcəkdir.

Dövlətimizin başçısına məlumat verildi ki, beşmərtəbəli binanın tikintisi ən yüksək standartlara uyğun həyata keçirilmişdir. 

Mərkəzdə müstəqil Azərbaycanın inkişafında misilsiz xidmətləri olan ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoguşə yaradılmışdır.

Bildirildi ki, “ASAN xidmət” mərkəzlərində yaşayış yerindən asılı olmayaraq, Bakı şəhərində qeydiyyatda olan bütün vətəndaşlara xidmət göstərilməsi nəzərdə tutulur. Mərkəzdə ilk dəfə olaraq UNİCEF ilə birgə Uşaq Hüquq Mərkəzi yaradılmışdır. Burada təşkilatla birlikdə tədbirlərin və uşaq hüquqları sahəsində maarifləndirmə kurslarının keçirilməsi nəzərdə tutulmuşdur.

Mərkəzdə, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin stendi də qurulmuşdur.

“ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların razı salınması, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının tam aradan qaldırılması, müasir texnologiyaların, “bir qapı” prinsipinin tətbiq olunması, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin - “dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir” yanaşmasının formalaşdırılmasıdır. “ASAN xidmət” mərkəzinin əsas prinsipləri operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıqdır. Bununla yanaşı, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzləri öz fəaliyyətini yüksək standartlara uyğun quran və inkişaf etdirən dövlət orqanı qismində “Vahid məkan” prinsipinə əsaslanan qurumlardandır.

Mərkəzin fəaliyyətini əks etdirən elektron guşələrə baxan Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, artıq “ASAN xidmət” təcrübəsinin özünəməxsus hüquqi strukturu bir çox beynəlxalq tərəfdaşlar və ekspertlər tərəfindən yüksək qiymətləndirilir və bu təcrübə Azərbaycan modeli kimi xüsusi təqdim olunur. Odur ki, “ASAN xidmət”in təkcə Azərbaycanda deyil, uğurlu model olaraq digər ölkələrdə də tətbiqi təşviq edilməkdədir. Bu istiqamət müxtəlif beynəlxalq tərəfdaşlarla, o cümlədən Avropa İttifaqı ilə aparılan əməkdaşlığın əsas prinsiplərindən birini təşkil edir. Geniş marağın nəticəsidir ki, “ASAN xidmət” İSO 9001:2008 standartı üzrə keyfiyyətin idarə olunması ilə bağlı beynəlxalq dərəcəli sertifikata layiq görülmüşdür.

Dövlətimizin başçısı Masallı, Bərdə və Sabirabad rayonlarında inşa olunan “ASAN xidmət” mərkəzlərinin maketlərinə baxdı. Qeyd edildi ki, bu mərkəzlərdə ən yüksək standartlar tətbiq olunacaqdır. Bildirildi ki, “ASAN xidmət”in Azərbaycan dilində çap olunan jurnalının hazırda ingilisdilli versiyası üzərində iş gedir.

Azərbaycan Prezidentinə “ASAN 2” konsepsiyası barədə də məlumat verildi. Bildirildi ki, dövlət xidmətlərinin göstərilməsi zamanı “ASAN 2” konsepsiyasının tətbiqi ilə yeni mərhələyə başlanılacaqdır. Xidmətlər elektronlaşdırılacaq və daha əlçatan olacaqdır. Məmur və vətəndaş arasında təmas və dialoqun minimallaşdırılması məqsədilə “ASAN xidmət” mərkəzlərindəki özünəxidmət köşkləri mühüm rol oynayacaqdır. Bunun üçün köşklər biometrik məlumatların götürülməsi, nağd və plastik kartlar vasitəsilə ödənişlərin aparılması imkanı ilə təmin ediləcəkdir. Bu konsepsiyada daha bir yenilik “ASAN xidmət” binalarının müasir texnologiyaların tətbiqi sayəsində özünü enerji ilə təmin edən funksiyalara malik olmasıdır. Quraşdırılan günəş panelləri binanı elektrik enerjisi ilə təmin edəcəkdir.

Sonra Prezident İlham Əliyev İnnovasiyalar otağında gələcəkdə tətbiq ediləcək innovativ avadanlıqla tanış oldu. Bu il fevralın 11-də dövlətimizin başçısının imzaladığı Fərmana əsasən “ASAN ödəniş” sisteminin hazırlanması üzrə planlı işlər görülmüşdür. “ASAN ödəniş” sistemi vətəndaş ilə dövlət orqanı əməkdaşı arasında birbaşa təması istisna edir, şəffaflığı və operativliyi təmin edir, korrupsiya və digər mənfi halların qarşısını alır. İlkin olaraq “ASAN ödəniş” portalı yaradılmışdır. Bu, vətəndaşların inzibati cərimələri və məhkəmə qərarlarının icrası ilə əlaqədar vəsaitlərin elektron qaydada ödənilməsini təmin edən çoxfunksiyalı ödəniş portalıdır. Bundan başqa, “ASAN ödəniş” terminalının ilkin nümunəsi də artıq hazırdır. Bu terminal vasitəsilə vətəndaşların həm nağd, həm də nağdsız ödəmə etmək imkanı olacaqdır. Sentyabrda istehsalına başlanacaq terminal Azərbaycan məhsuludur və çoxfunksiyalı olması baxımından alternativi yoxdur. Onun əsas özəlliklərindən biri ödənişin qalıq məbləğini həm əskinaz, həm də qəpik olaraq qaytarmaq imkanıdır.

Dövlətimizin başçısına ASAN Mobil Proqramın tətbiqi barədə də məlumat verildi. Diqqətə çatdırıldı ki, vətəndaşların rahatlığı məqsədi ilə “ASAN xidmət” mobil proqram təminatı yaradılmışdır. İnsanlar mobil telefon vasitəsilə müvafiq xidmətlə bağlı ərizələri elektron formada doldura bilərlər. Həmçinin daha öncə doldurulmuş ərizələri yenidən çap etmək imkanı da vardır.

Prezident İlham Əliyev Azərbaycan vətəndaşının biometrik “Miqrasiya kartı” ilə də tanış oldu. Bildirildi ki, şəxsi və biometrik məlumatların qeydiyyatı üçün mobil stansiya  və kartın çap olunması üçün avadanlıq ən son texnologiyalara uyğun hazırlanmışdır. Layihənin məqsədi Azərbaycandan emiqrantların qeydiyyatı və nəzarəti prosesinin sistemləşdirilməsidir.

“HELP POİNT” avadanlığı da geniş funksiyalara malikdir. Vətəndaşların və ölkəmizə gələn qonaqların məlumat əldə etmələri üçün hazırlanan “HELP POİNT”də istirahət zonaları, gəzməli yerlər, restoranlar, dövlət qurumları, “ASAN xidmət” mərkəzləri haqqında informasiyalar və digər zəruri məlumatlar toplanmışdır. Bundan əlavə, ASAN könüllüləri üzrə məlumat bazası da yaradılmışdır. Bu bazada 1500 nəfər könüllü haqqında müxtəlif məlumat saxlanılır. Ölkəmizdə keçiriləcək bir sıra  beynəlxalq tədbirlərdə, o cümlədən 2015-ci ildə təşkil ediləcək ilk Avropa Oyunlarında bu könüllülərin bacarıqlarından və xidmətlərindən geniş istifadə olunması nəzərdə tutulur.

Daha sonra dövlətimizin başçısına GPS Elektron Nəzarət Sisteminin layihəsi barədə məlumat verildi. Bu sistem məhkumlar üzərində nəzarət tədbirlərinin asanlaşdırılmasına xidmət edir. 

Prezident İlham Əliyevə gələcəkdə tətbiqi nəzərdə tutulan “co-working”, “car sharing”, “Asan müraciət-konseptual layihə”, “Asan Mobil Hökumət - Azərbaycan həlli” və digər yeniliklər barədə də ətraflı məlumat verildi.

Dövlətimizin başçısı mərkəzin digər mərtəbələrində də yaradılan şəraitlə tanış oldu. Digər mərkəzlərdə olduğu kimi, bu mərkəz də internetə açıq olan kompyuterlərlə təchiz edilmişdir və vətəndaşların burada bütün növ elektron xidmətlərdən yararlanmaları üçün şərait yaradılmışdır.

Bildirildi ki, “ASAN xidmət” mərkəzində vətəndaşların gözləmələri və vaxtlarını səmərəli keçirmələri üçün funksional yardımçı xidmətlər - bank, sığorta, hüquqi yardım və tərcümə mərkəzləri, laboratoriya, tibbi xidmət, internet-kafe, poçt şöbələri, fotostudiya fəaliyyət göstərir. Buradakı xüsusi terminallar vasitəsilə mobil rabitə, internet, işıq, su, qaz və digər kommunal xidmətlərin haqlarının, kredit və sığorta ödənişlərinin həyata keçirilməsi mümkün olacaqdır. Bu mərkəzdə də xidmət proseduru fasiləsiz videokamera vasitəsilə qeydiyyata alınır. Xidmət sistemi müasir İP telefon və İP şəbəkə ilə təmin edilmişdir. Xidmətlərin tənzimlənməsi məqsədilə elektron monitor və elektron elan tabloları qurulmuşdur. Mərkəzdə videomüşahidə kameraları və rüsumların məbləğlərini əks etdirən rüsum tablosu quraşdırılmışdır. 

Qeyd olundu ki, Mərkəzin işçilərinin ümumi sayı 209 nəfərdir. Onlardan 60 nəfəri könüllüdür. 

“ASAN xidmət” yaradıcılığa dəstəklə bağlı müxtəlif sosial aksiyalar keçirməsi ilə də tanınır. Mərkəzdə “YARAT” Müasir İncəsənət Məkanının guşələri də qurulmuşdur.

Binada “ASAN parkinq” avtomobil dayanacağı yaradılmışdır. “ASAN xidmət”in bu mərkəzində də digərlərində olduğu kimi, uşaqlar üçün ayrıca oyun guşəsi qurulmuşdur.

4 saylı “ASAN xidmət” mərkəzinin həyətində “Uşaq avtoşəhərciyi” vardır.

Prezident İlham Əliyev şəhərciyə baxdı.

Bildirildi ki, avtoşəhərcikdə uşaqların yol hərəkəti qaydalarını öyrənmələri və yol nişanlarını tanımaları üçün hər bir şərait yaradılmışdır. Burada balacalar üçün mütəmadi kurslar təşkil olunacaqdır.

Mərkəzin əməkdaşları ilə görüşən Prezident İlham ƏLİYEV dedi:

- “ASAN xidmət”in yeni mərkəzi açılır. Çox gözəl hadisədir. Bu hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Çox şadam ki, “ASAN xidmət” mərkəzlərində bizim gənclərimiz çalışırlar, işləyirlər, həm könüllülər, həm burada xidmət göstərən vətəndaşlar. Bu, yenilikdir, müasirlikdir, inkişafdır.

Sabunçu rayonundakı “ASAN xidmət”in fəaliyyətə başlaması demək olar ki, Bakı şəhərində artıq bu məsələni tamamilə həll etmiş olur. Artıq Gəncə, Sumqayıt şəhərlərində də “ASAN xidmət” mərkəzləri vardır. Bu gün mənə göstərilən layihələr də çox gözəl layihələrdir. Sabirabadda, Masallıda, Bərdədə “ASAN xidmət”lər olacaqdır, gələcəkdə isə hər bir yerdə. Çünki Azərbaycan vətəndaşları müasir xidmətlər almalıdır.

“ASAN xidmət” Azərbaycan məhsuludur, Azərbaycan brendidir. Qısa müddət ərzində bu mərkəzlərə 1 milyon 500 min müraciət olmuşdur. Bu, özlüyündə bir göstəricidir. Müraciət edənlərin 97 faizi “ASAN xidmət”in fəaliyyətindən razıdır. “ASAN”ın birinci ilinin tamam olmasını nəzərə alsaq, inanıram ki, gələcəkdə bu rəqəm 100 faizə çatacaqdır. Azərbaycan vətəndaşları belə xidmətlərə layiqdir. Əminəm ki, bu təşəbbüs nəinki Azərbaycanda, başqa ölkələrdə də tətbiq ediləcəkdir.

Azərbaycan vətəndaşlarına xidmət, qayğı, diqqət ən yüksək səviyyədə olmalıdır. Mən bunu dəfələrlə demişəm ki, hər bir dövlət məmuru öz xalqına ləyaqətlə, şərəflə xidmət etməlidir. “ASAN xidmət”in yaradılması bax bu siyasətin nəticəsidir, onun əlamətidir.

Burada göstərilən xidmət, şəffaflıq, mədəniyyət ölkəmizin hər bir yerində özünü göstərməlidir. Biz ölkəmizi müasirləşdiririk, ölkəmiz uğurla inkişaf edir. Hər bir sahədə gözəl nəticələr vardır və olacaqdır.

Sizi bu gözəl hadisə münasibətilə bir daha təbrik edirəm. Əminəm ki, bu “ASAN xidmət”də işləmək sizin üçün də xoşdur. İnsanlara xidmət göstərmək hər bir dövlət məmuru üçün əsas prinsip olmalıdır. Sizi ürəkdən təbrik edirəm, uğurlar arzulayıram.

X X X

Sonda xatirə şəkli çəkdirildi. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bakı şəhər 4 saylı “ASAN xidmət” mərkəzi istifadəyə verilmişdir Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak etmişdir VİDEO

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib