REGİONLAR


“Vətəndaşların dövlət qulluğuna qəbulunun yeni qaydaları” mövzusunda seminar keçirilib

Naxçıvan, 31 may, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 52 dövlət orqanı nümayəndəsinin iştirakı ilə “Vətəndaşların dövlət qulluğuna qəbulunun yeni qaydaları” mövzusunda seminar təşkil olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə komissiyanın sədri İsmayıl Qəribli çıxış edərək “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinin (Dövlət qulluğuna qəbul) Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli Qanunu ilə dəyişdirilərək yeni redaksiyada verildiyini bildirib. Qanunun muxtar respublikada icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən “Naxçıvan Muxtar Respublikasında dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası” və “Naxçıvan Muxtar Respublikasında dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə sertifikatın forması” təsdiq edilib.

İsmayıl Qəribli qeyd edib ki, qanunvericiliyə edilmiş dəyişikliklərlə vətəndaşların dövlət qulluğuna qəbulunda bir sıra yeniliklər olub. Bugünkü seminarın məqsədi dövlət qulluğuna qəbulun yeni qaydaları ilə bağlı qanunvericiliyin tələblərinin bu sahə üzrə məsul olan dövlət qulluqçularının diqqətinə çatdırılması və tətbiqinin təmin edilməsidir.

Daha sonra komissiyanın sektor müdiri Türkan Gülməmmədli namizədin dövlət qulluğu vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikat haqqında yeni qaydaları izah edib.

Slaydlarla müşayiət olunan çıxışlardan sonra seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.