CƏMİYYƏT


Vətəndaşların əmək bazarının tələblərinə uyğun peşə hazırlığı təşkil olunur

A+ A

Bakı, 20 sentyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işaxtaran və işsiz vətəndaşların məşğulluq imkanlarına yiyələnmələri üçün həyata keçirilən aktiv məşğulluq tədbirlərindən biri də belə vətəndaşların əmək bazarının tələblərinə uyğun peşə hazırlığının təşkil olunmasıdır.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bu istiqamətdə tədbirlərin davamı olaraq, cari ilin yanvar-avqust aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin xətti ilə 2545 nəfər vətəndaş (o cümlədən 108 nəfər əlilliyi olan şəxs) üçün peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilib. Həmçinin bu dövrdə nazirliyin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə 202 nəfər gənc peşə hazırlığına qəbul olunub.

Ümumilikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin 8 ayında 2747 nəfər vətəndaşın peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilməsi işləri görülüb ki, həmin şəxslərdən 310 nəfəri (11,3 faiz) əlilliyi olan şəxslərdən ibarətdir.

Qeyd olunan kurslarda kompyuter istifadəçisi, kompyuter mühasibliyi, qənnadçı, tornaçı, dərzi, bərbər, mebel quraşdırıcısı, kompyuter texnikasının təmiri, elektrik qaynaqçısı, avtomobil təmiri üzrə çilingər, xalçaçı və s. peşələr öyrədilib. Peşə kurslarında modul tədrisi proqramlarından da geniş istifadə olunub və kursları bitirənlərə sertifikatlar təqdim edilib.

Peşəyönümü tədbirləri də davam etdirilib. Gənclərin düzgün peşə və ixtisas seçiminə istiqamətləndirilməsi üçün pedaqoji kadrların və valideynlərin də iştirakı ilə keçirilən peşəyönümü tədbirlərində 64102 nəfər gəncə peşəyönümü məsləhətləri verilib. Onların əksəriyyətini orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.