Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

 1. “Ətraf mühitə dair informasiya almaq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 4, II kitab, maddə 171; 2006, № 12, maddə 1005) 2-ci maddəsində “Vətəndaşların müraciətlərinə baxılması qaydası” sözləri “Vətəndaşların müraciətləri” sözləri ilə əvəz edilsin.

2. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1080; 2007, № 8, maddə 756; 2010, № 3, maddələr 171, 172; 2011, № 3, maddə 162, № 7, maddə 617; 2012, № 5, maddə 405, № 7, maddə 653; 2015, № 2, maddə 81, № 11, maddə 1291) 4.2.3-cü maddəsində “Vətəndaşların müraciətlərinə baxılması qaydası” sözləri “Vətəndaşların müraciətləri” sözləri ilə əvəz edilsin.

3. “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 1, maddə 1) 11.2-ci maddəsində “Vətəndaşların müraciətlərinə baxılması qaydası” sözləri “Vətəndaşların müraciətləri” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyun 2016-cı il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin