REGİONLAR


“Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə Naxçıvan şəhər birinciliyinin qalibi müəyyənləşib

A+ A

Naxçıvan, 8 oktyabr, AZƏRTAC

Naxçıvan şəhərində yerləşən “N” saylı hərbi hissənin təlim-məşq meydanında payız çağırışına həsr olunmuş “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə şəhər birinciliyi keçirilib.

AZƏRTAC xəbər verir ki, yarış Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Naxçıvan Şəhər Təhsil Şöbəsi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin birgə təşkilatçılığı ilə reallaşıb.

Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbirdə çıxış edərək bildirib ki, bu cür yarışların keçirilməsinin məqsədi yeniyetmə və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, onlara vətənpərvərlik hisslərinin aşılanması və gənclərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsidir.

Sonra Naxçıvan Şəhər Təhsil Şöbəsinin nümayəndəsi Coşqun Əliyev və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin nümayəndəsi, leytenant Elxan Seyidov çıxış edərək komandalara uğurlar arzulayıblar.

Yarışda Naxçıvan şəhərindəki 14 tam orta məktəbin komandası iştirak edib. Poliatlon dördnövçülük proqramına uyğun olaraq yarış 100 metr qaçış, 2000 metr kross, qumbara atma və turnikdə dartınma növləri üzrə keçirilib.

16 nömrəli tam orta məktəbin komandası I yerə, 3 nömrəli tam orta məktəbin komandası II yerə, 15 və 10 nömrəli tam orta məktəblərin komandaları isə III yerlərə layiq görülüblər.

Sonda yer tutan komandalara təşkilatçıların diplom, fəxri fərman və kubokları verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.