MƏDƏNİYYƏT


“Vətənin sevməyən insan olmaz” layihəsi çərçivəsində muğam konserti keçiriləcək

Bakı, 6 dekabr, AZƏRTAC

Dekabrın 15-də Beynəlxalq Muğam Mərkəzində Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovaların solo konserti olacaq.

AZƏRTAC xəbər verir ki, Əməkdar Artist, tarzən Əliağa Sədiyevin “Vətənin sevməyən insan olmaz” layihəsi çərçivəsində keçiriləcək konsertdə xalq mahnıları və muğamlar səsləndiriləcək. Xanəndələri “Xarı bülbül” muğam qrupu müşayiət edəcək.

Qeyd edək ki, tanınmış xanəndələrin iştirakı ilə “Vətənin sevməyən insan olmaz” konsert layihəsi dekabrın 30-dək davam edəcək.

Biletləri şəhərin kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.