İDMAN


Veteran cüdoçularımız Avropa çempionatının qalibi olublar

Bakı, 19 iyun, AZƏRTAC

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən veteran cüdoçular arasında Avropa çempionatının komanda yarışları millimiz üçün uğurlu olub.

Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a bildiriblər ki, 30-40 yaş kateqoriyası üzrə komanda yarışında mübarizə aparan millimiz bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adını qazanıb.

Qeyd edək ki, fərdi yarışlarda veteran cüdoçularımız 4 qızıl, 4 gümüş və 2 bürünc medal qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.