İDMAN


Veteran cüdoçularımız mundialı beş medalla başa vurublar

A+ A

Bakı, 22 noyabr, AZƏRTAC

Mayamidə keçirilmiş veteran cüdoçular arasında dünya çempionatı başa çatıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan millisi mundialda aktivinə daha bir medal yazdırıb və ümumi mükafatlarının sayını beşə çatdırıb.

Qadınlar arasında F-4 kateqoriyası üzrə 70 kiloqram çəkidə yarışan Zülfiyyə Hüseynova yalnız finalda uduzaraq dünya çempionatının gümüş medalını qazanıb. Dörddəbir finalda Türkiyə təmsilçisi Dilək Çakıra qalib gələn cüdoçumuz yarımfinalda İtaliya idmançısı Monika Stragiolottonu məğlub edib. Z.Hüseynova həlledici görüşdə meydan sahibi, ABŞ cüdoçusu Marqarita Kabreraya uduzaraq ikinci yer ilə kifayətlənib.

Kişilərin yarışında M-2 kateqoriyası üzrə 73 kiloqram çəkidə yarışan Zülfüqar Hüseynov bürünc medal uğrunda görüşdə məğlub olaraq beşinci yeri tutub.

Əlli beş ölkədən 966 veteran cüdoçunun mübarizə apardığı dünya çempionatında Azərbaycan millisinin veteranları Fərhad Rəcəbli (90 kq), Zaur Paşayev (100 kq) qızıl, Zaur Bağırov (100 kq-dan yuxarı) gümüş və Mübariz Cəfərov (81 kq) isə bürünc medal qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.