İDMAN


Veteran cüdoçumuz dünya çempionu olub

A+ A

Bakı, 19 noyabr, AZƏRTAC

Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli ABŞ-ın Florida ştatında keçirilən dünya çempionatında qızıl medal qazanıb.

AZƏRTAC xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində çıxış edən Rəcəbli mübarizəyə dörddəbir final mərhələsindən başlayıb. Cüdoçumuz çexiyalı Yaroslav Banszelə 2 dəqiqə 20 saniyə ərzində ipponla qalib gəlib. İdmançımızın yarımfinaldakı rəqibi finlandiyalı Yukka Laytinen cərimə xalları üzündən mübarizəni tərk edib. F.Rəcəbli finalda rusiyalı Vladimir Markelovu 2 dəqiqə 33 saniyə ərzində ipponla məğlub edərək dünya çempionu olub.

Azərbaycanın daha bir təmsilçisi Arif Qasımov 100 kiloqram çəki dərəcəsində beşinci yerlə kifayətlənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.