İDMAN
Veteranlar arasında stolüstü tennis üzrə Azərbaycan çempionatına yekun vurulub
Bakı, 29 noyabr, AZƏRTAC
“Şüa” idman–sağlamlıq kompleksində keçirilən veteranlar arasında Azərbaycan çempionatı başa çatıb.
Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) təşkilatçılığı ilə keçirilən çempionat veteranların sağlamlığının möhkəmləndirilməsi, onların fəal idmana cəlb edilməsi və stolüstü tennisin əhali arasında təbliği məqsədini daşıyıb.
ASTF-dən AZƏRTAC-a bildiriblər ki, çempionatın bağlanış mərasimində federasiyanın nümayəndəsi İbrahim Əfəndiyev qalibləri təbrik edib və gənc tennisçilərin yetişməsində veteranlarımızın rolunu xüsusi vurğulayıb. O, veteranların stolüstü tennislə məşğul olmaları üçün federasiya tərəfindən hər cür şəraitin yaradıldığını bildirib.
Turnir iştirakçıları veteranlar arasında çempionatın yüksək səviyyədə təşkil olunmasına görə federasiya rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonda qaliblərə Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom, kubok və hədiyyələri təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [13:59]
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq
- 23.04.2024 [13:44]
Avropa çempionatının oyunlarını idarə edəcək hakimlər açıqlanıb
- 23.04.2024 [13:00]
Azərbaycan və Baham adaları bədii gimnastika sahəsində əməkdaşlığa başlayır
- 23.04.2024 [12:12]
Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı məlum olub
- 23.04.2024 [11:53]
“Azərreyl”in voleybolçusu: Meydanda əsl xarakter nümayiş etdirdik
- 23.04.2024 [11:20]
Azərbaycan gimnastı: Olimpiadada ölkəmi layiqincə təmsil edəcəyimə inanıram
- 23.04.2024 [11:01]