REGİONLAR


Veteranlar ulu öndər Heydər Əliyevin İsmayıllıya səfəri ilə bağlı xatirələrini bölüşüblər

İsmayıllı, 11 dekabr, AZƏRTAC

İsmayıllı Rayon İcra Hakimiyyətində ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar ağsaqqallarla görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, idarə və müəssisə rəhbərlərinin də dəvət olunduqları görüşdə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən danışıb. Vurğulayıb ki, Ulu Öndər bütün fəaliyyəti boyu insan amilinə, o cümlədən yaşlı nəslə daim qayğı ilə yanaşıb. Bu siyasət Prezident İlham Əliyev tərəfindən də davam etdirilir. Hazırda ölkəmizdə ahıl insanlar lazımi qayğı ilə əhatə olunub.

Görüşdə rayon veteranlar şurasının sədri Əlaləm Babayev, veteran Valeh Salehov və başqaları çıxış edərək, ulu öndər Heydər Əliyevin İsmayıllı rayonuna səfəri ilə bağlı xatirələrini danışıblar. Ağsaqqallar səfər zamanı Ulu Öndərin insanların iş prosesi, qayğıları ilə yaxından maraqlandığını diqqətə çatdırıblar.

Ağsaqqallar xalqımızın böyük oğlunun xatirəsini hörmət və ehtiramla yad etdiklərini söyləyərək, Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizin qazandığı böyük nailiyyətlərdən qürur duyduqlarını söyləyiblər.

Sonda Prezident İlham Əliyevə müraciət qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.