Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Veteranlarımızın keçdiyi şərəfli döyüş yolu və qəhrəmanlıq tarixi bütün gənclər üçün nümunədir

Bakı, 9 oktyabr, AZƏRTAC

Oktyabrın 9-da Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu ilə birgə icra etdiyi VIII qrant müsabiqəsinin qalibi Nuranə Nəcəfovanın “Qarabağ müharibəsində hərbi hissələrimizin qəhrəmanlıqlarının torpaqlarımızın azad edilməsində rolunun gənclər arasında təbliği” adlı layihəsinin təqdimatına həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında keçirilən tədbir, eyni zamanda, Milli Ordumuzun ilk təməl daşı olan 18110 saylı hərbi hissənin bazasında yaradılmış 701 saylı hərbi hissənin 25 illik yubileyinə həsr olunub.

Tədbirdə İctimai Birliyinin üzvləri, hərbi hissənin keçmiş döyüşçüləri, veteranlar, gənclər təşkilatlarının nümayəndələri, məktəblilər iştirak ediblər.

Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib ki, Qarabağ müharibəsində qəhrəmanlıq göstərmiş şəxslərin tanıdılmasında, gənclərimizə örnək göstərilməsində təbliğata və müxtəlif tədbirlərin keçirilməsinə ehtiyac var. Gənclər Fondu, Respublika Veteranlar Təşkilatı, həm də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bu layihəyə dəstək göstərir. Gənclərimiz Böyük Vətən müharibəsində və Qarabağ müharibəsində igidliklər göstərmiş insanların şərəfli həyat və xidmət yolunu öyrənməlidirlər. Bu, gənclərimizin tarixlə bağlı yaddaşını möhkəmləndirəcək, onların mənəvi-psixoloji vəziyyətinə və hərbi hazırlığına diqqəti artıracaq. Bu məqsədlə veteranlar təşkilatları da gənclərlə bağlı bir sıra tədbirlər keçirir.

Müsabiqənin qalibi Nuranə Nəcəfova “Qarabağ müharibəsində hərbi hissələrimizin qəhrəmanlıqlarının torpaqlarımızın azad edilməsində rolunun gənclər arasında təbliği” mövzusunda geniş məruzə ilə çıxış edib. Bildirib ki, layihə Azərbaycan Milli Ordusunun çağdaş hərb tarixinin bir sıra mühüm məqamlarına işıq salmaq baxımından əhəmiyyətlidir. O deyib ki, layihənin icrası gənclərimiz arasında vətənpərvərlik ruhunun yüksəlməsinə səbəb olacaq.

Sonra Silahlı Qüvvələrimizin hərbi hissələrinin döyüş yoluna həsr olunmuş “Mühasirə” adlı tarixi-xroniki qısametrajlı sənədli film göstərilib, gənclərin müharibə və qəhrəmanlıq mövzularında çəkdikləri rəsm əsərləri nümayiş olunub.

İctimai Birliyin sədri, 701 saylı hərbi hissənin sabiq komandiri, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə hərbi hissənin yaranma tarixi, keçdiyi şanlı döyüş yolu haqqında ətraflı məlumat verib. Bildirilib ki, o zaman Kəlbəcər uğrunda gedən gərgin döyüşlərdə Milli Ordumuzun əsgər və zabitləri böyük əzmkarlıqla vuruşaraq, özlərindən dəfələrlə üstün olan düşmən qüvvələri qarşısında mətanətlə dayanıblar. Hərbi hissənin adı Şərqin ilk demokratik respublikası olan Azərbaycanın 701 gün fəaliyyət göstərməsinin şərəfinə adlandırılıb. 1993-cü ildə döyüşlər zamanı Silahlı Qüvvələrimiz Kəlbəcər rayonunun 60 minlik mülki əhalisini soyqırımından xilas edib. Briqadanın şəxsi heyəti müxtəlif fəxri adlar və mükafatlarla təltif olunub. Hazırda həmin briqadanın döyüş əməliyyatları Müdafiə Nazirliyinin tədris müəssisələrində dərindən öyrənilir və onlar əsasında metodiki vəsaitlər çap olunur.

Əzizağa Qənizadə briqadanın yaradılması günü münasibətilə veteranları təbrik edib. Veteranlarımızın qəhrəmanlıqlarının gənclər arasında təbliğinin onların milli-mənəvi tərbiyəsində mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb, layihənin əhəmiyyətindən danışıb.

Tədbirdə Qarabağ müharibəsində böyük fədakarlıq göstərmiş, torpaqlarımızın düşmənlərdən azad olunması yolunda əzmlə vuruşmuş 701 saylı hərbi hissənin veteranları öz şanlı tarixləri, keçdikləri döyüş yolları barədə fikirlərini və xatirələrini gənclərə bölüşüblər.

Digər çıxış edənlər tədbirin hərb sənətinə və Orduya marağın artması baxımından önəmindən bəhs ediblər. 701 saylı hərbi hissənin keçdiyi döyüş yolunun və qəhrəmanlıq tarixinin bütün gənclər üçün nümunə olduğu vurğulanıb. Aprelin əvvəllərində qəhrəmancasına şəhid olan əsgərlərimizin rəşadətindən söz açılıb. Qeyd edilib ki, aprel döyüşlərində Azərbaycan Ordusu gücünü bir daha nümayiş etdirdi. Bu gün Ordumuzda xidmət edən gənclərimiz Vətən uğrunda döyüşməyə hazırdırlar.

Diqqətə çatdırıb ki, bu gün veteranlarımız Prezident İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə tam əhatə olunublar.

Sonda bir qrup veterana və Azərbaycan Hərb Tarixi Muzeyinin əməkdaşı Nuranə Nəcəfovaya general Əlağa Şıxlinskinin 150 illik yubileyi ilə bağlı Respublika Veteranları Təşkilatının Rəyasət Heyətinin təsis etdiyi medallar təqdim edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Beyləqanda çiyid səpininə başlanılıb

Mariya Zaxarova: Qərb Cənubi Qafqazda qonşuların arasını vurmağa çalışır, Ermənistana isə bu məsələdə alət rolu ayrılıb

“Bavariya”nın futbolçusu: “Arsenal”ı Çempionlar Liqasından kənarlaşdırmaq gözəl hisslər idi

Üç min illik tarixə malik Bərdə maddi-mədəniyyət abidələri ilə zəngindir

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda konfrans keçirilir

HONOR Magic6 Pro İstanbulda təqdim olunub

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Qobustan Milli Tarix-Bədii Qoruğunda qeyd olunub

“Məktəblinin dostu” layihəsi hazırda 238 ümumi təhsil müəssisəsində həyata keçirilir

Gənclər Kitabxanasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlanıb

Nigeriya COP29-dan əvvəl iqlim öhdəliklərini nəzərdən keçirir

Qubadakı “Günbəzli hamam” turistlərin ən çox diqqətini çəkən tarixi abidələrdəndir

Tarixi-memarlıq abidələri milli yaddaşımızın tərkib hissəsidir

Enerjinin saxlanması və çevrilməsi üçün materiallar üzrə beynəlxalq simpoziumun 8-ci toplantısı Bakıda təşkil olunacaq

“Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” kitabı təqdim edilib

Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb VİDEO

® “Azercell” “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək

Tailand hökuməti Qazaxıstan vətəndaşları üçün vizasız rejimi təsdiqləyib

Annalena Berbok: İranı təcrid etmək lazımdır

Rusiyalı ekspert: Parisin Bakıdakı səfirini geri çağırması Fransada zərərli siyasi təfəkkürün əlamətidir - ŞƏRH

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Bakı Təşəbbüs Qrupunun ofisində olub

Azərbaycan UNESCO Klubları Assosiasiyası Çinin müvafiq qurumu ilə süni intellekt, elektron idarəçilik sahələrində əməkdaşlıq edəcək

Şimali Qazaxıstan vilayətində daşqınların ikinci dalğası başlayıb

Azərbaycanın qadın şahmatçıları Avropa çempionatında mübarizə aparacaqlar

Azərbaycanın cüdo hakimi Paralimpiya Oyunlarına təyinat alıb

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vətəndaşlara müraciət edib

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar

İdarə rəisi: Azərbaycanda beynəlxalq səviyyəli kiberdiplomatların hazırlanması üçün təlimlər keçiriləcək

Londondakı Mərkəzi Qalereyada Karavacconun son rəsmləri nümayiş etdiriləcək

Yeni maarifləndirici təşəbbüs: “1 sual, 1 cavab”

Bakı Avropa Liseyində müəllim və şagirdlər fövqəladə hallarda davranış qaydaları barədə məlumatlandırılıb

Burkina-Faso üç fransalı diplomatı ölkədən çıxarır

Britaniyalı deputat haqqında araşdırma başlayıb

Azərbaycan ilə Türkiyə məktəbləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Fransada insan hüquqları açıq şəkildə tapdalanır

“Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” – yeni nəşr

“İnklüzivlik ayı” layihəsinə başlanılıb

Bakı Ali Neft Məktəbi ilə Özbəkistan universitetləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Agentlik rəhbəri IV sinifdən sonra “Son zəng” keçirilməsi məsələsinə aydınlıq gətirib

“Azərreyl”in baş məşqçisi: Finala yüksəlmək fantastikdir

Dövlət agentliyinin direktoru Naxçıvanda təhsil sahəsində tətbiq ediləcək yeniliklərdən danışıb

AFFA beş klubu cəzalandırıb

Eşqi Bağırov: İşğaldan azad edilmiş ərazilərdə 5 məktəbdə 107 müəllim fəaliyyət göstərir, 762 nəfər təhsil alır

“Google” İsrail əleyhinə aksiya keçirən 28 əməkdaşını işdən çıxarıb

FHN-in Şirvanda keçirdiyi təlimə 24 texnika və 160 nəfərlik heyət cəlb olunub

Agentlik direktoru: Kişi müəllimlərin sayında azalma müşahidə olunmur

Eşqi Bağırov: 453 məktəbdə elektron jurnaldan istifadə olunur

Agentlik rəhbəri: 345 məktəbdə monitorinq aparılıb, 55 nəfər işdən çıxarılıb

Qonşusunu öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Eşqi Bağırov: Dövlət məktəblərində IV və VI siniflər üzrə şagirdlərin monitorinqdə iştirakı icbaridir

Türkiyə-Azərbaycan Universitetində üç məşhur təhsil müəssisəsinin pedaqoji heyəti çalışacaq

Pekin Blinkenin Çinə qarşıdakı səfərini yüksək qiymətləndirir

Mayın 3-dən 17-dək tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat aparılacaq

Müəllimlərin sertifikatlaşdırılması prosesinin tarixi açıqlanıb

Mayın 1-dən birinci siniflərə qəbul prosesinə başlanılır

DİN: Qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər nəticəsində 21 əcnəbi saxlanılıb VİDEO

Çin Fələstinin BMT-yə tam üzvlüyünü dəstəkləyir

Eşqi Bağırov: Agentliyin fəaliyyəti dövründə 112 müəllimin iş yeri dəyişdirilib

Bəzi dağlıq və dağətəyi ərazilərdə havanın arabir yağıntılı olacağı gözlənilir

Agentlik rəhbəri: Bağçalarda aparılan monitorinqlər nəticəsində 40-a yaxın müdir işdən çıxarılıb

Eşqi Bağırov: Hədəf məktəbəqədər təhsilin əhatəliliyini 30 faizdən 50 faizə çatdırmaqdır

UEFA Avropa Liqası: Yarımfinala vəsiqə qazanacaq komandalar bəlli olur

Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH

Qətər İsrail ilə HƏMAS arasında vasitəçilik missiyasını yenidən nəzərdən keçirəcək

Almaniya polisi insan qaçaqmalçılığına qarşı miqyaslı əməliyyat keçirir

Ramana qalasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir keçirilib VİDEO

Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər VİDEO

Qərbi Azərbaycana qayıdışla bağlı konfrans keçirilib

Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 70-ə çatıb

Sinxron turnirdə 30 şahmatçı ilə oynayan yığmanın kapitanı: Avropada bu qədər maraq görmək məni çox sevindirdi

Spiegel: Almaniyada Rusiyaya casusluq edən iki nəfər saxlanılıb

Energetika naziri ABŞ-a səfər edib

Paşinyan: İrəvanın sərhədlərin delimitasiyasından imtinası yeni eskalasiyaya gətirib çıxaracaq

XRİTDX rəisi rumınıyalı həmkarı ilə birgə əməkdaşlıq istiqamətində görüləcək işləri müzakirə edib

İndoneziyada vulkan püskürüb, sunami xəbərdarlığı elan olunub

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində müşavirə keçirilib

Elşən Qaraca “QGallery”də “Cəsur ürək” sərgisinin təqdim edir

Ölkəmizin Türkiyə və Moldovanın sosial müdafiə qurumları ilə əməkdaşlığı genişlənir

Azərbaycanın və Ukraynanın COP29 ilə bağlı əməkdaşlığı müzakirə edilib

Bulbul – Azərbaycanın unikal milli sosial şəbəkəsi

Pöhrələr boy atır...

Konfrans Liqası: “Fənərbağça” “Olimpiakos”la cavab görüşünə çıxacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üç ayda məcburi dövlət sosial sığorta üzrə daxilolmalarda 8,6 faiz artım qeydə alınıb

Bu ilin ilk rübü ərzində ƏƏSMN-də və qurumlarında 498 min vətəndaş qəbul edilib

"Xəzri"nin kapitanı: Finalda "Sərhədçi" ilə qarşılaşmaq daha yaxşı olardı

Azərbaycanın dayanıqlı su təminatına böyük töhfə ŞƏRH

Azərbaycan millisi İnkişaf turnirində iştirak edəcək

AzMİU Varşava Texnologiya Universiteti ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan millisinin kapitanı növbəti dəfə Macarıstan çempionu olub

Xorvatiya parlamentinə seçkilərdə Baş nazirin partiyası qalib gəlib

Azərbaycanda insan resurslarının idarə edilməsi üzrə yeni dövlət standartı qəbul edilib

Naxçıvanda ixrac olunan mallara verilən mənşə sertifikatlarının sayı artıb

Komitə sədri: Bədxassəli şişlərin əmələ gəlməsinin əsas səbəblərindən biri transyağlardır

® Sən də “Dəstək” ol!

Xaricidə işlə təmin etmək adı altında vətəndaşların pullarının ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb

Gənc Tamaşaçılar Teatrı may repertuarını təqdim edib

Aprelin 21-də 46 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 5 nəfər xilas edilib

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Ağsuda vətəndaşların müraciətlərini dinləyəcək

® ABB-dən cəmi bir günə tender qarantiyası