DÜNYA


Vəzifəsindən müvəqqəti kənarlaşdırılan Braziliya Prezidenti istefa verməyəcəyini bəyan edib

A+ A

Bakı, 9 iyul, AZƏRTAC

Braziliya Senatı tərəfindən prezidentlik kürsüsündən müvəqqəti kənarlaşdırılan Prezident Dilma Russef istefa verməyəcəyini bəyan edib. O deyib: “Məndən xahiş etdilər, məni razı salmaq istədilər, hətta mənə təzyiq göstərdilər ki, könüllü olaraq vəzifəmdən istefa verim. Amma mən bunu heç vaxt etməyəcəyəm, çünki mənə 54 milyon insan səs verib”.

Xatırladaq ki, mayın 12-də Senat Dilma Russefə qarşı impiçment prosedurunun davam etməsini dəstəkləyib. Buna görə də Braziliya Prezidenti müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb, onun səlahiyyətlərini isə vitse-prezident Mişel Temer yerinə yetirir. Senatorlar 180 gün ərzində impiçment təşəbbüskarlarının Prezidentlə bağlı ittihamlarını araşdıracaq. Əgər yekun səsvermədə Senatın üzvləri bu ittihamlarla razılaşarlarsa Dilma Dussef istefaya göndəriləcək, Mişel Temer isə 2018-ci ildə keçiriləcək seçkilərə qədər prezident səlahiyyətlərini icra edəcək. Senatın üzvləri ittihamlarla razılaşmayacaqları təqdirdə isə Dilma Russef vəzifə səlahiyyətlərini yerinə yetirməyə başlayacaq. Yekun qərarın avqustun sonunda veriləcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.