DÜNYA


“Viber” messencerində yeni funksiyalar istifadəyə verilib

Bakı, 30 iyun, AZƏRTAC

“Viber” messencerinin tərtibatçıları istifadəçilərə yazışma zamanı kənar xidmətlərə sürətli giriş imkanı verən çatlar üçün genişlənmələrin tam yenilənməsini elan ediblər. Bu funksiya ilk dəfə hələ 2016-cı ilin dekabrında istifadəyə verilib. “Viber” messencerinin 800 milyondan çox istifadəçisi çatlar üçün genişlənmələrin köməyi ilə çatın pəncərəsini tərk etmədən başqa şirkətlərin məzmun və xidmətlərini axtara və paylaşa bilərlər. Tərtibatçılar son yeniləmədə “Viber” messencerinə inteqrasiya edilmiş böyük servislərin sayını artırıb.

AZƏRTAC “4pda.ru” saytına istinadən xəbər verir ki, tərtibatçılar “YouTube”un “Viber” messencerinin çatları ilə inteqrasiyasını ən vacib yenilik adlandırıb. “YouTube” çarxlarına istinadlar “Viber” istifadəçiləri tərəfindən göndərilən ən populyar məzmun formalarından biridir. Bundan sonra istifadəçilər söhbəti tərk etmədən “Viber”də çatın pəncərəsində “YouTube”da video axtara, göndərə və hətta izləyə bilərlər. İstifadəçilər, həmçinin “Spotify” xidməti vasitəsilə yeni musiqi axtara və onu dostlarla paylaşa bilərlər.

“Vice” xidməti ilə inteqrasiya nəticəsində indi “Viber” messencerində ən son xəbərlər əlçatan olacaq.

Həmçinin “Viber” istifadəçiləri asanlıqla səyahəti planlaşdıra biləcəklər. “Booking.com” servisi ilə inteqrasiya nəticəsində messencerdə otel haqda informasiyanı birgə səyahət etmək planlaşdırılan şəxsə göndərmək mümkün olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.