ELM VƏ TEXNOLOGİYA


Viki-Mərkəzdə növbəti təlim kursları başa çatıb

A+ A

Bakı, 18 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda yaradılan Viki-Mərkəzdə “Vikipediya ensiklopediyasının nəzəri və praktik əsasları” mövzusunda növbəti kurslar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, kurslarda AMEA-nın 10 elmi müəssisə və təşkilatından 38 əməkdaş iştirak edib. Kurs iştirakçılarına “Vikipediya”nın problemləri və perspektivləri, əsas prinsipləri izah edilib, ensiklopedik məqalələrin yaradılmasının ümumi qaydaları, onların strukturlaşdırılması və monitorinqi, şablonlar və mənbələrdən istifadə qaydaları, multimedia resurslarının yüklənməsi, müəllif hüquqları, viki-mühitdə konfliktlərin həlli yolları və s. öyrədilib.

Növbəti təlimlərin bu ilin sentyabrında keçirilməsi planlaşdırılır.

Bundan başqa, yaxın gələcəkdə Viki-Mərkəz tərəfindən AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin elmi müəssisə və təşkilatlarında yaradılan viki-qruplar üçün də müvafiq təlimlərin təşkili nəzərdə tutulur.

Kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.