ELM VƏ TEXNOLOGİYA


Viki-Mərkəzdə növbəti təlim kurslarına başlanılıb

A+ A

Bakı, 21 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda yaradılan Viki-Mərkəzdə “Vikipediya ensiklopediyasının nəzəri və praktiki əsasları” mövzusunda növbəti təlim kurslarına başlanılıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, kurslarda AMEA-nın institut və təşkilatlarının əməkdaşlarına “Vikipediya” virtual ensiklopediyası və viki-texnologiyaları ilə idarə olunan müvafiq layihələrdə işləmək üçün zəruri biliklər tədris olunur. Bir aylıq kurslarda “Vikipediya”nın problemləri və perspektivləri, əsas prinsipləri, ensiklopedik məqalələrin yaradılmasının ümumi qaydaları, onların strukturlaşdırılması və monitorinqi, şablonlar və mənbələrdən istifadə qaydaları, multimedia resurslarının yüklənməsi, müəllif hüquqları, viki-mühitdə konfliktlərin həlli yolları kimi mövzulara dair mühazirə və seminarlar keçirilir.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.