ELM VƏ TEXNOLOGİYA


Viki-Mərkəzdə vikimetrik araşdırmalar aparılır

A+ A

Bakı,18 avqust, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda yaradılan Viki-Mərkəzdə vikimetrik araşdırmalar aparılır. Akademiyanın alimləri tərəfindən əldə edilən nailiyyətlər mütəmadi olaraq “Vikipediya”ya daxil edilir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, cari il layihə çərçivəsində AMEA-nın elmi müəssisə və təşkilatlarında fəaliyyət göstərən viki-qrupların “Vikipediya”da fəaliyyətlərinin monitorinqi aparılıb, müxtəlif dövlət, elm və təhsil müəssisələri üçün “Vikipediya” ilə bağlı konsultasiya xidmətləri göstərilib, “Vikipediya ensiklopediyasının nəzəri və praktiki əsasları” mövzusunda təlim kursları keçirilib. Hazırda “Vikipediya” və onun layihələrinin kontent təminatı üzrə tədbirlər, eləcə də “Vikipediya” ensiklopediyasının təbliğatı işləri davam etdirilir.

“Vikipediya” virtual ensiklopediyası Azərbaycanın dünyada daha geniş təbliği istiqamətində böyük imkanlara malikdir. AMEA rəyasət heyətinin qərarı ilə 2014-cü ildən fəaliyyət göstərən Viki-Mərkəz milli maraqların qorunması, Azərbaycanın tarixini və müasir həqiqətlərini, mədəni və mənəvi dəyərlərini əks etdirən kontentlərin burada yerləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.