ELM VƏ TƏHSİL


“Vikipedia”da ədiblərimiz haqqında dörd dildə məlumat yerləşdirilib

Bakı, 4 iyul, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) ilə “Şəms” Tərcümə Xidmətləri Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində görkəmli ədiblərimiz Süleyman Sani Axundov, Abbas Səhhət, Abbasqulu ağa Bakıxanov, Hüseyn Cavid, Qasım bəy Zakir, Cəfər Cabbarlı, Mizə Şəfi Vazeh haqqında “Vikipedia”dakı məqalələr italyan, fransız, ispan və alman dillərinə tərcümə edilərək “Vikipedia”nın xarici dillər bölmələrində yerləşdirilib.

MEK-dən AZƏRTAC-a bildiriblər ki, tərcümə işi “Şəms” Tərcümə Xidmətləri Mərkəzinin təcrübəli mütəxəssisləri tərəfindən həyata keçirilib.

Azərbaycanın görkəmli ədibləri haqqında məlumatlar beynəlxalq ictimaiyyətin düzgün məlumatlandırılması, onların dünyaya tanıdılması işinə böyük töhfədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.