DÜNYA
Viktoriya Bekhem “Spice Girls” qrupunun yenidən bir araya gəlməsinə qarşı çıxıb
Bakı, 17 yanvar, AZƏRTAC
Britaniyanın məşhur “Spice Girls” qrupunun üzvü Viktoriya Bekhem qrupun yenidən bir araya gəlməsi üçün hazırlanmış turnenin təxirə salınmasına səbəb olub.
AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, Viktoriyanın qrupun digər üzvlərinə köhnə mahnıları ifa etməyi qadağan etməsi təşkilatçılar tərəfindən birmənalı qarşılanmayıb.
Qrup üzvləri vəkili vasitəsilə hüquqi yollara baş vuran Viktoriyanın bu hərəkətindən sonra çox məyus olublar. Onun fikrincə, qrup yeni mahnılarla bərabər köhnə mahnıları da səsləndirərsə, bu, onların imicinə zərbə vura bilər. Bir il öncə isə Viktoriya qrupun yenidən bərpa olunmasına qarşı kəskin etirazını şəxsi işlərinin çoxluğu ilə əlaqələndirib.
Qeyd edək ki, 2008-ci ilədək fəaliyyət göstərmiş qrup dünyanın ən məşhur qız pop-qruplarından biri olub. Kollektiv Mel Bi (Melani Braun), Viktoriya Bekhem, Cerri Holliuell, Mel Si (Melani Çisxolm) və Emma Bantondan ibarət olub. Sonuncu dəfə “Spice Girls” qrupu “London-2012” Yay Olimpiadasında tam heyətlə çıxış edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]