MƏDƏNİYYƏT
Violonçel ifaçısı Camal Əliyev “BBC Radio 3”də çıxış edəcək
Bakı, 12 iyun, AZƏRTAC
Violonçel ifaçısı, beynəlxalq mükafatlar laureatı Camal Əliyev iyunun 15-də “BBC Radio 3”ün canlı yayımlanan “In Tune” proqramında çıxış edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat musiqiçinin və “BBC Radio 3”ün saytlarında yer alıb. Camal Əliyevi pianoda Mariya Taraseviç müşayiət edəcək.
Camal Əliyev Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə bir sıra beynəlxalq festivallarda iştirak edib, solo konsertlər verib. O, Azərbaycan tarixində ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib, "BBC Introducing Classical Artist" proqramının iştirakçısı olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]