MƏDƏNİYYƏT


Violonçel ifaçısı Camal Əliyev Londonda konsert proqramı ilə çıxış edəcək

Bakı, 22 iyun, AZƏRTAC

Violonçel ifaçısı, beynəlxalq mükafatlar laureatı Camal Əliyev iyulun 23-də Londonda “St Mary's” (Perivale) kilsəsində təşkil ediləcək F.Şubert gecəsində konsert proqramı ilə çıxış edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat musiqiçinin və kilsənin saytlarında yer alıb.

C.Əliyev Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə bir sıra beynəlxalq festivallarda iştirak edib, solo konsertlər verib. O, Azərbaycan tarixində ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib, “BBC Introducing Classical Artist” proqramının iştirakçısı olub. C.Əliyev cari ilin martında “Sir Karl Jenkins” musiqi müsabiqəsinin birinci mükafatına layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.