MƏDƏNİYYƏT


Violonçelçalan Camal Əliyev Londonda konsert proqramı ilə çıxış edəcək

Bakı, 7 mart, AZƏRTAC

Violonçelçalan, beynəlxalq mükafatlar laureatı Camal Əliyev mayın 22-də Londonda “Wigmore Hall”da konsert proqramı ilə çıxış edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat musiqiçinin və “Wigmore Hall”un saytlarında yer alıb. Camal Əliyevi pianoda Mariya Taraseviç müşayiət edəcək. Konsertdə F.Şopen, A.Qlazunov, D.Şostakoviç və Edvin Hillierin əsərləri səsləndiriləcək.

Camal Əliyev Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə bir sıra beynəlxalq festivallarda iştirak edib, solo konsertlər verib. O, Azərbaycan tarixində ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib, "BBC Introducing Classical Artist" proqramının iştirakçısı olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.