DÜNYA


Virciniyada konqresmenlərə hücum edən şəxs hospitalda ölüb

Vaşinqton, 14 iyun, AZƏRTAC

Virciniya ştatında konqresmenlərə atəş açan cinayətkar aldığı yaralardan hospitalda ölüb. Bu barədə ABŞ Prezidenti Donald Tramp televiziya ilə müraciətində məlumat verib.

Xatırladaq ki, Vaşinqton yaxınlığında naməlum şəxs bir qrup konqresmenə atəş açıb. Nəticədə Nümayəndələr Palatasında respublikaçılar fraksiyasının koordinatoru Stiv Skaliz budundan ağır yaralanıb. Həmçinin konqresmen Qeri Palmer tibbi yardım üçün müraciət edib. İnsident konqresmenlər beysbol meydançasında məşq edərkən baş verib. Ümumilikdə 5 nəfərin yaralandığı bildirilir.

Hüquq-mühafizə orqanları cinayətkarın şəxsiyyətini müəyyənləşdirə biliblər. O, İllinoys ştatının Belvill şəhərinin sakini 66 yaşlı Ceyms T.Hockinsondur. Hücum zamanı M4 avtomatından istifadə etmiş bu şəxsin evindən Tramp əleyhinə plakatlar tapılıb.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.