CƏMİYYƏT


Virtual “Möcüzə qadın” BMT-nin fəxri səfiri elan edilib

A+ A

Bakı, 28 oktyabr, AZƏRTAC

Nyu-Yorkda, BMT-nin iqamətgahında keçirilən rəsmi mərasimdə “Di-si komiks” nəşriyyatının komikslərinin dünya şöhrətli personajı “Möcüzə qadın” BMT-nin qadın və qızların hüquqları uğrunda mübarizə üzrə fəxri səfiri elan edilib.

AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, “Di-si komiks” komikslərinin daimi personajlarından biri olan superqadın 75 il əvvəl – 1941-ci ildə yaranıb. Çox güclü və sürətli “Möcüzə qadın” Həqiqət kəməndinin köməyi ilə komiksin qalan personajlarını doğru danışmağa məcbur edir.

“Möcüzə qadın”ın fəxri səfir təyin edilməsi mərasimi davamlı inkişafın 17 məqsədindən beşincisinin - yolundakı maneələri aradan qaldırmaqda qadınlara kömək edən gender bərabərliyinin inkişafına yönələn məqsədə dəstək kampaniyasının start götürdüyünü göstərib.

Kampaniyanın mövzusu “Bax gör birlikdə nə qədər möcüzə yarada bilərik!” devizidir. Kampaniya qadınların yolundakı əngəllərin aradan qaldırılmasında müasir ”möcüzə qadın”ların rolunu qabartmaq məqsədi daşıyır.

Mərasimdə “DC Entertainment”in prezidenti Dayan Nelson, 1970-ci illərin serialında “Möcüzə qadın” rolunu oynayan və tezliklə bu rolu oynayacaq aktrisalar iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.