DÜNYA


Virtual reallıq istifadəçilərinin sayı 250 milyonu ötəcək

Bakı, 11 avqust, AZƏRTAC

“ABI Research”in analitikləri yaxın 5 ildə virtual reallıq (virtual reality - VR) texnologiyaların geniş tətbiqini proqnozlaşdırırlar.

AZƏRTAC “dailycomm.ru” saytına istinadən bildirir ki, mütəxəssislərin qiymətləndirməsinə görə, 2022-ci ildə virtual reallıq texnologiyaları istifadəçilərinin sayı 256 milyon insan təşkil edəcək. Sözügedən bazarda 60 milyarddan çox dollar səviyyəsində gəlir gözlənilir. Gəlirin çox hissəsi istehlakçılar tərəfindən yaradılacaq, amma mütəxəssislərin proqnozuna görə virtual reallıq texnologiyaları, həmçinin kommersiya və korporativ seqmentlərdə çox sürətli yayılacaq. Təxmin edilir ki, 2022-ci ildə virtual reallıq sahəsində ümumi dövriyyənin 40 faizdən çoxu bu seqmentlərin payına düşəcək. 2015-ci ildə bu göstərici 26 faiz təşkil etmişdi.

"Məzmunun əlçatanlığı virtual reallıq sənayesi üçün problemli məsələ olaraq qalır, amma son illərdə bu istiqamətdə, xüsusilə Asiya-Sakit okean regionu və Çində irəliləyiş qeydə alınıb. Sonrakı layihələr və yeni virtual reallıq qurğularının çıxarılması sözügedən texnologiyadan istifadə sahələrini genişləndirərək virtual reallıq qurğularını təhsil, dizayner işi, layihələşdirmə və sairə kimi sahələrdə alətlərə çevirəcək", – deyə “ABI Research”ın analitiki Maykl İnue bildirib.

Mütəxəssis virtual reallıq texnologiyalarına böyük maraq göstərən sahələrə pərakəndə ticarəti, səhiyyə, avtomobil sənayesi, təhsil sahəsi, daşınmaz əmlak, arxitektura, mühəndislik və inşaat işini misal göstərib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.