DÜNYA


Virtual reallıq texnologiyasını dəstəkləyən ilk “Windows” smartfonu təqdim edilib

A+ A

Bakı, 3 noyabr, AZƏRTAC

Virtual reallıq texnologiyasını dəstəkləyən, "Windows" sistemi ilə işləyən "Alcatel Idol 4S" adlı ilk smartfon təqdim edilib. "Microsoft" şirkətinin qabaqcıl qurğusunun tədarük dəstinə virtual reallıq eynəyi də daxil ediləcək.

AZƏRTAC "dailycomm.ru" saytına istinadən xəbər verir ki, 2,15 QHs takt tezlikli dördnüvəli "Qualcomm Snapdragon 820" prosessoru və "Adreno 530" qrafik bloku ilə təchiz edilmiş yeni qurğu "Windows 10 Mobile" əməliyyat sistemi ilə işləyir. 5,5 düymlük diaqonala malik "AMOLED" texnologiyası ilə hazırlanmış displeyin təsvir ölçüsü 1920x1080 pikseldir və kənar hissələrinə "Dragontrail" qoruyucu şüşəsi qurulub.

Aparat, həmçinin 4 giqabayt əməli yaddaş, 64 giqabaytlıq fləş daşıyıcı, "microSD" çıxarılıb taxılan yaddaş kartları üçün slot, ikiqat "LED" işıqlandırıcısına malik 21 meqapiksellik "Sony IMX230" kamerası, 8 meqapiksellik ön kamera və 1,2 Vatt gücündə iki ədəd stereodinamikə malik "Hi-Fi" audiosisteminə malikdir.

Cihazı blokdan çıxarma və internetdə pul tranzaksiyalarının təsdiqlənməsi üçün barmaq izinin autentifikasiyası dəstəklənir. Eyni zamanda, 3000 milliamper/saat tutumunda olan akkumulyator batareyası "Qualcomm Quick Charge 3.0" simsiz enerji doldurma funksiyasını dəstəkləyir.

Smartfonun qiyməti 470 dollardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.