DÜNYA
Virtual reallıqda alış-veriş
Bakı, 1 iyul, AZƏRTAC
Amerikanın ödəmə prosessoru “Payscout” virtual reallıqda fiziki malları “Google Cardboard” vasitəsilə ödəməyə imkan verən proqram istifadəyə verib.
“Payscout VR Commerce” istifadəçilərə ödəmə məlumatlarını elektron pul kisəsində qeydə almağa imkan verən “Visa Checkout” xidməti ilə inteqrasiyanı dəstəkləyir.
“Payscout”un baş direktoru Klivlend Braun bunu ödənişlərdə və virtual reallıqda dönüş nöqtəsi kimi qiymətləndirib: “Biz virtual reallıqda ödənişlərin simulyatorları və prototiplərini görmüşük, lakin bu, virtual reallıqda əsl ticarətin ilk nümunəsidir”.
AZƏRTAC psm7.com saytına istinadla bildirir ki, Kopenhagendə keçirilən “Money20/20” konfransında proqramın təqdimatında iştirak edənlər Kaliforniyanın “Body Language Sportswear” internet-mağazasında maraqlı alış-veriş turunu nümayiş etdirən “Google Cardboard” qarnitürlərini əldə ediblər. İstehlakçılar virtual mağazada predmetlərin ölçüsünü böyüdərək və onların ən xırda təfərrüatlarını öyrənərək mallara interaktiv rejimdə baxa bilərlər.
“Google Cardboard” üçün “Payscout VR Commerce” proqramı artıq “Google Play Store”da əlçatandır. Tezliklə texnologiya iOS və əlavə VR-platformalara da uyğunlaşdırılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]