DÜNYA
“Visa” ödəmə sistemi kontaktsız ödənişlərin həyata keçirilməsi üçün eynək təqdim edib
Bakı, 17 mart, AZƏRTAC
“Visa” beynəlxalq ödəmə sistemi kontaktsız ödənişlərin həyata keçirilməsi üçün eynək nümayiş etdirib. Söhbət bu yaxınlarda “SXSW” forumunda təqdim edilmiş günəş eynəyindən gedir.
AZƏRTAC “dni24.com” saytına istinadən xəbər verir ki, ödəmə sisteminin mütəxəssisləri günəş eynəyini “NFC” çipi ilə təchiz ediblər. Bu çipin köməyi ilə ödəmə terminallarından informasiya oxunur.
Mütəxəssislər yeni ixtiranı çox yüksək qiymətləndiriblər. Çünki sözügedən günəş eynəyi çimərlikdə pulqabı və pul kisələri barədə düşünmədən istirahət etməyə imkan verəcək. Ancaq bu eynəkləri islatmaq olmaz və onu itirmək arzu olunan deyil.
“Visa” şirkəti yeni həlli ilə ödəmə prosessorlarının aksesuar və bəzək əşyalarına tətbiqi ideyasına davam edib. Məsələn, bundan əvvəl alıcıların nağdsız alış-veriş etməsinə imkan verən bilərzik təqdim edilmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]