DÜNYA


“Vışeqrad dördlüyü” Yunanıstan-Makedoniya sərhədində patrul xidməti həyata keçirir

A+ A

Praqa, 1 avqust, AZƏRTAC

“ČTK” agentliyi xəbər verir ki, “Vışeqrad qrupu” ölkələrindən olan qırx polis əməkdaşı Makedoniya Respublikasına yola düşüb. Onlar qeyri-leqal miqrantların ölkəyə daxil olduğu Yunanıstan ilə sərhəddəki yaşıl zolaqda nəzarəti gücləndirəcəklər. Balkanlarda xidmət müddəti altı ay davam edəcək polislər iyunun sonundan Makedoniyada xidmət çəkən avropalı həmkarlarını əvəzləyəcəklər. Makedoniyada Yunanıstan sərhədində nəzarət qarışıq patrul qrupları şəklində həyata keçirilir. Qrupun tərkibinə bir makedoniyalı və “Vışeqrad dördlüyü” ölkələrindən olan iki polis daxildir.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.