DÜNYA


“Vışeqrad dördlüyü” ölkələri birgə miqrasiya böhran mərkəzi yaradırlar

A+ A

Praqa, 22 noyabr, AZƏRTAC

“Vışeqrad dördlüyü” ölkələri (Çexiya, Macarıstan, Slovakiya, Polşa) miqrasiya problemini həll etmək üçün birlikdə böhran mərkəzi yaradırlar. Mərkəz bu ölkələrin fəaliyyətini əlaqələndirmək və informasiya mübadiləsi aparmaq məqsədi daşıyacaq. Bunu Macarıstanın daxili işlər naziri Varşavada “Vışeqrad dördlüyü” üzrə həmkarları ilə görüşdən sonra bildirib.

Nazirin sözlərinə görə, mərkəzin qərargahı hazırda “Vışeqrad dördlüyü”nə sədrlik edən Polşada yerləşəcək.

Polşanın daxili işlər naziri Mariuş Blaşak bununla bağlı xatırladıb ki, Avropa İttifaqı ölkələri arasında bölüşdürüləcək 160 min qaçqından hələlik altı mindən bir qədər çox adamı yerləşdirmək mümkün olub. Aİ-nin göstərişini tənqid edən Mariuş Blaşak deyib: “Bu bölgü sistemi Avropaya yalnız yeni miqrasiya axınları cəlb edir, amma miqrasiya böhranının özünü həll etmir”. Nazirin fikrincə, “Vışeqrad dördlüyü” ilk növbədə Avropa İttifaqının xarici sərhədlərinin gücləndirilməsinin vacibliyini vurğulayır.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.