Vitali Mutko növbəti müddətə Rusiya Futbol İttifaqının prezidenti seçilib
Bakı, 24 sentyabr, AZƏRTAC
Rusiya Futbol İttifaqının (RFİ) yeni prezidenti müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, bu ölkənin idman naziri Vitali Mutko növbəti müddətə Futbol İttifaqının yeni prezidenti seçilib.
RFİ-nin prezidenti postu uğrunda seçki mübarizəsində dörd namizəd iştirak edib. Lakin sonradan Rusiya Peşəkar Futbol Liqasının prezidenti Sergey Pryadkin və Milli Futbol Liqasının rəhbəri İqor Yefremov namizədliyini V.Mutkonun xeyrinə geri götürüb.
Nəticədə, onun rəqibi Rusiya yığmasının sabiq baş məşqçisi Valeri Qazzayev olub. Səsvermə nəticəsində idman naziri 266 səs (65,2 faiz), V.Qazzayev isə 142 səs (34,8 faiz) toplayıb.
Qeyd edək ki, Vitali Mutko ilk dəfə 2005-2009-cu illərdə RFİ-nin prezidenti vəzifəsində çalışıb. Ardından o, 2015-ci il sentyabrın 2-də yenidən bu vəzifəyə bir il müddətinə seçilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq
- 09.10.2026 [16:28]