DÜNYA


Vitold Vaşşikovski: Bir neçə ildən sonra Polşada NATO-nun 10 mindən çox əsgəri ola bilər

A+ A

Varşava, 8 iyul, AZƏRTAC

Bir neçə ildən sonra Polşa ərazisində 10 mindən çox əsgər yerləşdiriləcək.

Bu barədə Polşanın xarici işlər naziri Vitold Vaşşikovski NATO-nun Sammitinin başlanmasından əvvəl keçirdiyi mətbuat konfransında məlumat verib. O deyib: “Əgər toplasaq, onda bir neçə ildən sonra Polşada ABŞ və NATO-nun 10 min əsgəri olacaq”.

Nazir qeyd edib ki, söhbət Çevik Qüvvələrin heyətindəki 5 min hərbçidən, çoxmilli batalyonda təchiz olunmuş min hərbçidən və Amerika briqadasında olacaq 4 min silahlı əsgərdən gedir. Bundan başqa, iki ildən sonra Polşada Redzikovo qəsəbəsində Raket Əleyhinə Müdafiə (RƏM) bazası yaradılacaq və orada bir neçə yüz amerikalı əsgər yerləşdiriləcək. Ola bilər ki, bir neçə ildən sonra Polşa ərazisində NATO-nun 10 mindən çox əsgəri, xüsusilə də amerikalı əsgərlər olsun”.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Varşava

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.