SİYASƏT


Vitse-prezident Safiya Elmi Cibril: Pan-Afrika Parlamenti Azərbaycanla əməkdaşlıqda maraqlıdır

A+ A

Bakı, 27 oktyabr, AZƏRTAC

Özündə 54 Afrika ölkəsini birləşdirən Pan-Afrika Parlamenti Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır.

Azərbaycanın Efiopiyadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, bu fikri Pan Afrika Parlamentinin vitse-prezidenti xanım Safiya Elmi Cibril ölkəmizin Afrika İttifaqı yanında daimi nümayəndəsi, səfir Elman Abdullayevlə görüşündə deyib. Vitse-prezident təmsil etdiyi qurum ilə Azərbaycan arasında əməkdaşlığın həyata keçirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.

Görüşdə E.Abdullayev Azərbaycan haqqında ətraflı məlumat verərək ölkəmizin regionun lider dövləti olduğunu, bölgədə irimiqyaslı layihələrin həyata keçirilməsində məhz Azərbaycanın aparıcı rol oynadığını və bir çox böyük beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdırıb.

Söhbət zamanı əlaqələrin inkişafı perspektivləri müzakirə edilib, həm ikitərəfli əsasda, həm də digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.