MƏDƏNİYYƏT


Vladimir Doroxin: Bu əməkdaşlıq sayəsində azərbaycanlı televiziya tamaşaçıları Çin mədəniyyətindən bəhs edən filmləri görəcəklər VİDEO

Bakı, 30 iyun, Pərvanə Rəhimova, AZƏRTAC

Azərbaycanın “Space” telekanalı ilə Heyluntszyan televiziyası arasında əməkdaşlıq haqqında memorandumun imzalanması Avrasiya təşəbbüsü çərçivəsində həyata keçirilir. Bu, yeni geosiyasi istiqamət Sovet İttifaqının dağılmasından sonra, yeni yaranmış dövlətlər əməkdaşlığın yeni formalarını axtardığı vaxtda formalaşıb. Mənim fikrimcə, yeni şəraitdə bu proses çərçivəsində mədəniyyət sahəsində çox faydalı və qiymətli işlər görmək olar.

Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin bu fikirləri “Azərbaycanda Heyluntszyan televiziyası həftəsi-2017”nin təntənəli açılış mərasimində AZƏRTAC-a müsahibəsində söyləyib.

Vladimir Doroxin deyib ki, bu əməkdaşlıq sayəsində azərbaycanlı televiziya tamaşaçıları Çin mədəniyyətindən, bu ölkənin tarixindən, Çin mətbəxindən və başqa məsələlərdən bəhs edən filmləri görəcəklər. Səfir daha sonra deyib: “Yeni yaradıcılıq layihələri də meydana çıxa bilər. Ola bilsin ki, yaxın gələcəkdə biz Rusiya-Azərbaycan-Çin superfilmlərini görəcəyik. Mən buna çox ümid edirəm. Bugünkü tədbirə böyük məmnuniyyətlə gəlmişəm. Məncə çox yaxşı potensial var. Ümid edirəm ki, bunu fikirləşib tapanların nəzərdə tutulanları reallaşdırmaq üçün kifayət qədər enerjisi və maliyyə vəsaiti olacaq. Biz onları yalnız dəstəkləyəcəyik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.