SİYASƏT


Vladimir Fekete: Roma Papası Azərbaycanı tolerant ölkə kimi qəbul edir və qiymətləndirir VİDEO

A+ A

Bakı, 14 sentyabr, AZƏRTAC

Azərbaycan və Vatikan arasında münasibətlər çox yaxşıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri sentyabrın 14-də Roma Papası Fransiskin Bakıya səfəri ilə bağlı keçirilən mətbuat konfransında Azərbaycandakı Roma katolik kilsəsinin ordinarisi, monsenyor Vladimir Fekete deyib.

O bildirib ki, Azərbaycanın Vatikanda yenidənqurma üzrə fəaliyyəti bu əlaqələrin inkişafına xidmət edib. “Səfərin “Multikulturalizm ili”ndə baş tutması ondan xəbər verir ki, Roma Papası Azərbaycanı tolerant ölkə kimi qəbul edir və qiymətləndirir. O, burada bütün dinlərin nümayəndələri ilə görüşəcək”,- deyə Vladimir Fekete vurğulayıb. Ordinari bu səfərin ikitərəfli əlaqələrin inkişafına təkan verəcəyinə ümidvar olduğunu bildirib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Vladimir Fekete problemin güc yolu ilə deyil, danışıqlar yolu ilə həll edilməli olduğunu söyləyib. “Dağlıq Qarabağ münaqişəsi Azərbaycan üçün çox həssas məsələdir. Çünki 20 ildən çoxdur davam edir”, - deyə V.Fekete bildirib. Roma Papasının bu regiona səfərinin şüarının “Hamımız qardaşıq” olduğunu qeyd edən ordinari bildirib ki, Papa qəti şəkildə münaqişənin hərbi yolla həllinə qarşıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.