Vladimir Jirinovski: Biz qonşuyuq və buna görə də münasibətlərimiz həmişə yaxşı olmalıdır
AZƏRTAC xəbər verir ki, universitetin rektoru professor Asif Hacıyev qonağa bu ali təhsil ocağı haqqında məlumat verib. Rektor qeyd edib ki, rus dili və ədəbiyyatı üzrə də mütəxəssislərin hazırlandığı bu ali təhsil ocağı Rusiyanın bir sıra universitetləri ilə sıx əməkdaşlıq edir.
Universitetin müəllim və tələbələri ilə görüşdə V.Jirinovski Azərbaycanda rus dilinə yüksək diqqət göstərildiyini deyərək Bakıda Slavyan Universitetinin fəaliyyət göstərməsindən şad olduğunu bildirib.
V.Jirinovski görüşdə tələbələrlə ünsiyyət quraraq rus ədəbiyyatı ilə bağlı müzakirələr aparıb. Rus ədəbiyyatından tələbələrə suallar verən deputat onların cavablarına müasirlik kontekstindən baxışını təqdim edib.
Qonaq görüşdə qeyd edib ki, rus dili hazırda həm real həyatda, həm də internetdə geniş yayılmış ünsiyyət vasitəsidir. “Azərbaycanda rus məktəbləri, Slavyan Universiteti var, bu da çox yaxşı göstəricidir”, - deyə o bildirib.
Azərbaycan ilə Rusiya arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirən V.Jirinovski, eyni zamanda, ticarət, turizm, mədəniyyət sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyinə toxunaraq deyib: “Biz qonşuyuq və buna görə də münasibətlərimiz həmişə yaxşı olmalıdır. Bütün istiqamətlərdə inkişaf üçün potensial var”.
Görüşdə V.Jirinovskiyə universitet tərəfindən nəşr olunan “Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalının nömrələri hədiyyə edilib.
Sonra LDP-nin sədri universitetdə fəaliyyət göstərən Rusiya Mədəniyyət Mərkəzi ilə tanış olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.05.2026 [22:32]
Strasburqda Müstəqillik Günü münasibətilə ziyafət təşkil olunub
- 29.05.2026 [21:47]
Azərbaycanın Müstəqillik Günü Brüsseldə qeyd edilib
- 29.05.2026 [21:06]
BMT-nin Baş Qərargahında Müstəqillik Gününə həsr olunmuş qəbul təşkil edilib
- 29.05.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 29.05.2026 [17:29]
Havanın temperaturu 3-6 dərəcə enəcək- XƏBƏRDARLIQ
- 29.05.2026 [15:57]
Meksikada Müstəqillik Günü münasibətilə təntənəli konsert təşkil olunub
Bu saata olan əsas xəbərlər
- [20:00]
İstanbulun fəthindən 573 il ötür
- [14:46]
Milli musiqi gecəsi - “Balabanın sehrində”
- 28.05.2026 [23:05]
İran müharibəsi səbəbindən ABŞ-də inflyasiyanın səviyyəsi artır
- 28.05.2026 [22:22]