MƏDƏNİYYƏT


Vladimir Mayakovski adına Moskva Akademik Teatrının kollektivi Bakıya gələcək

A+ A

Bakı, 18 iyul, AZƏRTAC

Noyabrın 17-dən 20-dək V.Mayakovski adına Moskva Akademik Teatrının kollektivi Bakıda S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində çıxış edəcək.

AZƏRTAC Azərbaycan Dövlət Rus Dram Teatrının saytına istinadla xəbər verir ki, V.Mayakovski adına Moskva Akademik Teatrının qastrol səfəri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin Qastrol Fəaliyyətinə Dəstək Federal Mərkəzinin “Bolşiye qastroli-2016” proqramı çərçivəsində reallaşacaq.

Rusiyalı aktyorlar noyabrın 17-18-də N.Qoqolun “Evlənmə”, 19-20-da Maryus İvaşkyaviçyusun “Rus romanı” tamaşasını nümayiş etdirəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.